Hava yolu şirkəti 1 milyard dollara yaxın zərər edib
Honq Konqun aparıcı hava yolu şirkəti "Cathay Pacific", bu ilin ilk yarısında 972 milyon ABŞ dolları məbləğində zərər edib. Marja xəbər verir ki, bu, hava daşıyıcısının çərşənbə günü Honq Konq Birjasında dərc edilmiş maliyyə hesabatında deyilir.
"Cathay Pacific Group-un 2021 -ci ilin ilk yarısında itkiləri, 2020 -ci ilin eyni dövründə 9 milyard 865 milyon Honq Konq dolları (1.27 milyard ABŞ dolları) zərər ilə müqayisədə 7 milyard 565 milyon Honq Konq dolları (972 milyon ABŞ dolları) təşkil edib", - hesabatda deyilir.
"COVID-19 pandemiyası ilin ilk yarısında ciddi problemlər yaratmağa davam edib və bu tariximizin ən çətin dövr olaraq qalır. Koronavirusun yeni variantlarının ortaya çıxması, Honq Konqda, bəzi əsas bazarlarımızda səyahət məhdudiyyətlərinin və karantin tələblərinin sərtləşməsinə səbəb olub", - hesabatda bildirilir.
Yanvar -iyun ayları ərzində aviaşirkət 157 min sərnişin daşımışdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 96,4% azdır.
2020-ci ilin yazında iflas ərəfəsində olan hava daşıyıcısı Honq Konq hökumətinin dəstəyi ilə 5 milyard dollarlıq yenidən kapitallaşma planı təqdim edib. Ötən il oktyabrın 21-də "Cathay Pacific", restrukturizasiya çərçivəsində işçilərinin dörddə birini ixtisar etmək və törəmə şirkəti "Cathay Dragon"u ləğv etmək qərarını açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















