ABŞ, neftin qiyməti proqnozunu azaltdı
ABŞ Energetika Nazirliyi 2021 -ci il üçün Brent neftin qyiməti üzrə proqnozunu 68,7 dollara endirdiABŞ Energetika Nazirliyi 2021-ci ildə Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu bir qədər aşağı salıb - bir barel üçün 68,78 dollardan 68,71 dollara.
Marja xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji Məlumatları İdarəsinin (EIA) hesabatında deyilir.
Eyni zamanda Nazirlik 2021-ci ilin avqustundan noyabrına qədər Brent markalı neftin qiymətinin orta hesabla 72 dollar / barel olacağını gözləyir. Nazirliyə görə, 2022-ci ildə OPEC + ölkələri tərəfindən neft hasilatında artımın davam etməsi fonunda Brent neftinin qiyməti 66 dollar / barelə enəcək.
WTI xam neftinin qiymətinin isə 2021-ci ildə bir barel üçün 65,93 dollar, 2022-ci ildə 62,37 dollar olacağı proqnozlaşdırılır.
Bundan əlavə, ABŞ Enerji Nazirliyi 2021-ci ildə ABŞ-da gündəlik neft hasilatı proqnozunu bir qədər - 20 min barel artıraraq gündəlik 11,12 milyon barrel təşkil edəcəyini gözləyir. 2022-ci ildə gözlənilən hasilat həcmi proqnozu 80 min barel azaldılaraq gündəlik 11,77 milyon barrelə endirilib.
Bakı vaxtı ilə saat 09:00-da Brent nefti 70,40 dollardan ticarət olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























