Çinin TCL şirkətinin mənfəəti ilin ilk yarısında 770% artıb
Çinin müxtəlif elektron avadanlıq və məişət texnikası istehsalçısı "TCL Technology Group" şirkətinin bu ilin yanvar-iyun aylarında xalis mənfəəti 9,3 milyard yuan (təxminən 1,4 milyard dollar) təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 770% çoxdur.
Marja xəbər verir ki, bu, şirkətin hesabatından məlum olur.
Xalis mənfəətin kəskin artması maye kristal ekranların qiymətlərinin artması və şirkətin xarici müştərilərinin böyük sifarişləri ilə əlaqədardır.
Eyni zamanda, bu ilin yanvar-iyun aylarında şirkətin gəlirləri təxminən üç qat artaraq 74,3 milyard yuan (təxminən 11,5 milyard dollar) təşkil edib.
Gəlirin xeyli hissəsi TCL -in yarımkeçirici və ekran əməliyyatlarından formalaşıb. Bu seqmentdəki gəlir 68% artaraq 6.6 milyard yuan (təxminən 1 milyard dollar) təşkil edib. Eyni zamanda, ümumi gəlir strukturunun 35% -i xaricdəki əməliyyatlardan daxilolmaların payına düşür ki, bu da üç dəfədən çoxdur.
Həmçinin TCL, ilin ilk yarısında 2020 -ci ilin eyni dövrünə nisbətən 77% artımla 5,1 milyard yuan (787 milyon dollar) öz araşdırma və inkişaf etditmə işinə sərmayə yatırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























