Havanı çirkləndirən müəssisələrin cərimələnmələri üçün məhkəməyə müraciət olundu
"Çox təəssüf ki, Sumqayıt şəhərində havada tüstünün, xoşagəlməz qoxunun qeydə alınması, atmosferin çirklənməsi son zamanlar vaxtaşırı müşahidə edilir. Bu səbəbdən, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Sumqayıt şəhərinin müxtəlif ərazilərində yerləşən müəssisələrdə təkcə bu həftə ərzində 3 dəfə monitorinq keçirilib, müasir cihazlarla havanın tərkibi yoxlanılıb".
Bunu Xidmət rəisi Hikmət Əlizadə bildirib. Onun sözlərinə görə, əvvəlki günlər keçirilən monitorinqlər zamanı göstəricilər norma daxilində olsa da, avqustun 5-də gecə saatlarında mütəxəssislər tərəfindən keçirilən monitorinqlər zamanı Sumqayıt Kimya Sənaye Parkı ərazisində fəaliyyət göstərən “Baku Non Ferrous and Foundry Company” MMC və H.Z.Tağıyev adına qəsəbədə fəaliyyət göstərən yağ zavodundan atmosferə normadan artıq hidrogen-sulfidin atıldığı müəyyən edilib: “Faktla bağlı hər iki müəssisə barəsində akt və protokol tərtib olunub və onların hüquqi şəxs qismində 10 500 manatdan 12 500 manatadək cərimələnmələri üçün toplanmış sənədlər Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Digər bir neçə müəssisədə də günün müxtəlif saatlarında, eyni zamanda, gecə saatlarında monitorinqlər keçirildi və nəticələr norma daxilində müəyyən olundu”.
Xidmət rəsmisi Sumqayıt məişət tullantılarının idarə olunması poliqonun istismarı prosesindəki pozuntulara da toxunub: “Sumqayıtda havanın çirklənməsinin əsas mənbəyi Sumqayıt məişət tullantılarının idarə olunması poliqonudur. Buna görə, poliqonun idarə edilməsinə cavabdeh “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC tərəfimizdən dəfələrlə cərimə olunub, onlara məcburi göstərişlər verilib. 2020-ci ildə 6800 manat, 2021-ci ilin 7 ayı ərzində isə 4800 manat məbləğində cərimə tətbiq edilib. Lakin edilən cərimələrə baxmayaraq, problem hələ də həllini tapmır. Bu gecə poliqon ərazisində yenidən monitorinq aparıldı və müəyyən olundu ki, orada yanğın baş verməsə belə, yenə də dəm qazının, hidrogen-sulfidin miqdarı normadan dəfələrlə artıq olması, tullantı kütləsinin tüstülənməsi şəhər ərazisində xoşagəlməz iy-qoxunun yayılmasına səbəb olur”.
Xidmət rəsmisi qeyd edib ki, istehsalat müəssisələrində, böyük fabriklərin fəaliyyətində, xüsusən kimyəvi maddələrin istifadəsi zamanı gedən proseslərdə ətraf mühitə mənfi təsirlər olur. Bu cür müəssisələr fəaliyyətə başlamamışdan öncə Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən rəy alır, ətraf mühitə təsiri qiymətləndirilir, ətraf mühitə yol verilə biləcək hədd müəyyənləşdirilir. Lakin həmin müəssisələr yol verilən həddən artıq ətraf mühitə təsir etdikdə tərəfimizdən onlar barəsində müvafiq cərimələr və digər sanksiyalar tətbiq edilir.
H.Əlizadə istehsalat müəssisələrinə xəbərdarlıq edərək bildirib ki, öz fəaliyyətlərini ekspertiza rəylərinə uyğun qursunlar. Əks halda, bu müəssisələr barəsində qanunamüvafiq tədbirlər görüləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
21 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 22 saat əvvəl
-
23 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























