"Alibaba"nın gəliri 34% artaraq 32 milyard dollara çatıb
Onlayn ticarətdə dünya lideri olan Çin şirkəti "Alibaba", 2021-ci ilin ikinci rübündə 205,740 milyard yuan (təxminən 31,86 milyard dollar) gəlir əldə edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34% çoxdur.
Marja xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında dərc edilmiş maliyyə hesabatından məlum olur.
Bu dövrdə səhmdarlara aid olan xalis gəlir 45,141 milyard yuan (təxminən 6,99 milyard dollar) təşkil edib. Bu ilin ilk rübündə şirkət 7.65 milyard yuan (təxminən 1.16 milyard dollar) xalis zərər açıqlamışdı. Zərər, antiinhisar qanunlarını pozduğuna görə Çinin tənzimləyici qurumu tərəfindən şirkətə tətbiq edilən 18.22 milyard yuan (təxminən 2.78 milyard dollar) məbləğində rekord cərimə ilə əlaqəli idi.
Bu ilin ikinci rübündə şirkətin bütün xidmətlərindən istifadə edənlərin ümumi sayı 1,18 milyarda çatıb ki, bu da 31 Mart tarixinə olan rəqəmlə müqayisədə 45 milyon çoxdur. Bunlardan 912 milyonu Çində, qalanları isə xaricdədir.
Əvvəlki maliyyə ilində şirkətin gəlirləri 41% artaraq 717 milyard yuan (təxminən 109,48 milyard dollar) təşkil etmişdi. Şirkətin yayımladığı bir hesabata görə, "Alibaba" bu il ümumi gəlirini 930 milyard yuan (143.9 milyard dollar) səviyyəsinə çatdırmaq niyyətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















