Yardımlıda meşə yanır
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yardımlı rayonu, Honuba kəndi yaxınlığında (mürəkkəb relyefli dağlıq ərazi) meşə zolağında yanğın olması barədə məlumat daxil olub.
Marja-nın FHN -in saytına istinadən verdiyi xəbərə görə, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin şəxsi heyəti, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunub. Hal-hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
İlkin məlumata əsasən, təxminən 15 ha sahədə xəzəl, kol-kos, qurumuş ağac kötükləri və qismən ağaclar yanır.
Əlavə məlumat veriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 9 d. əvvəl
-
-
15 d. əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 29 d. əvvəl
-
37 d. əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 41 d. əvvəl
- 45 d. əvvəl
-
50 d. əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
55 d. əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
-
1 saat əvvəl
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Nuran Kərimov AmCham Azərbaycanın yeni Prezidenti seçilib
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Ən çox oxunanlar
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
Azərbaycan vətəndaşlarının vizasız getdiyi ölkələrin sayı açıqlanıb
“Broker” anlayışı dolayı və birbaşa gömrük təmsilçiliyi ilə əvəz edilir, reyestr yaradılacaq, lisenziya ləğv ediləcək
“Veysəloğlu” və “Şölen” gələcək biznes imkanlarını müzakirə edib


























