“Pit Bull”a aid hər hansı bir məsələdən “Veysəloğlu” məsuliyyət daşımır” AÇIQLAMA
“Pit Bull” markasına aid hər hansı bir məsələdən “Veysəloğlu” məsuliyyət daşımır”13 iyul 2021-ci il tarixində Kütləvi İnformasiya Vasitələrində (KİV) İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yayımladığı məlumatla bağlı “Veysəloğlu” MMC distribusiya şirkəti açıqlama yayıb.
Şirkətdən Marja-ya daxil olmuş açıqlamada bildirilir:
“Yayımlanan məlumatda “Veysəloğlu” markası kimi təqdim edilən “Pit Bull” məhsulunun istehsal tərkibi ilə qablaşdırma məlumatlarının doğru olmadığı bildirilmişdir. Müvafiq araşdırılma aparılmadan belə bir xəbərin yayımlanması ilə bağlı təəssüf hissi keçiririk.
İctimaiyyət və KİV vasitələrinin nəzərinə çatdırırıq ki, “Veysəloğlu” MMC 15 yanvar 2021-ci il tarixindən etibarən “Pit Bull” markasının satış və distribusiyasını dayandırıb. Məhsulların üzərində sifarişçi şirkət olaraq “Veysəloğlu” MMC yazılmasına baxmayaraq, satışa yararlı məhsullar “Pit Bull” markasının istehsalçı şirkətinə təhvil verilib. Yuxarıda qeyd edilən tarixdən etibarən “Pit Bull” markasına məxsus hər hansı bir məsələdən “Veysəloğlu” MMC məsuliyyət daşımır.
Qeyd edək ki, “Veysəloğlu” MMC dünya brendləri ilə yanaşı, yerli istehsalçıların inkişafını dəstəkləyir və onların məhsullarının ölkə üzrə 12 mindən artıq satış nöqtəsinə aktiv şəkildə distribusiyasını həyata keçirir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























