Bakıda dördüncü CEO Lunch təşkil olunub
Caspian European Club və Caspian American Club bu gün (17 may) Bakıda dördüncü CEO Lunch keçirib.
““Networking”in aparıcı vasitəsi olan CEO Lunch şirkət rəhbərlərinin qeyri-rəsmi şəraitdə ünsiyyətinə imkan yaratmaq və yeni əlaqələr qurmaq məqsədilə təşkil olunur. Caspian European Club və Caspian American Club CEİBC şirkətlərinin top-menecerlərinin iştirakı ilə hər ayın üçüncü çərşənbə günü Bakıda CEO Lunch keçirir”, - deyə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.
Tədbirdə çıxış edən Telman Əliyev Gürcüstanda sentyabr ayından Tbilisi və Batumidə biznes-forumlar, CEO lunch, treninqlər, seminarlar, dəyirmi masalar, illik Caspian Energy Forum, milli və beynəlxalq mükafatların təqdimetmə mərasimlərinin təşkili ilə məşğul olacaq Caspian Energy Georgia şirkətinin fəaliyyətə başlayacağını qeyd edib.
Telman Əliyev Caspian Energy-nin fəaliyyətini təzədən quran və yeniləyən xarici ofislərdə pay iştirakını satışa çıxardığını qeyd edib.
Bu gün Hyatt Regency Baku otelində keçirilən CEO Lunch çərçivəsində Caspian European Club və Caspian American Club-un İdarə heyətinin hər bir üzvü Klubun planları və onun gələcək inkişafı üzrə təklifləri haqda danışıb. Həmçinin şirkət rəhbərləri öz fəaliyyətləri barədə qısa məlumat veriblər.
Caspian European Club və Caspian American Club-da təmsil olunan və öz iştirakını davam etdirən şirkətlərə sertifikatlar təqdim olunub.
Caspian Energy, Caspian Energy Forum, Caspian Energy Award, Caspian Energy Club, Caspian European Club, Caspian Business Club, Caspian American Club, Caspian American Forum, CEO, CEO lunch, Brand Award və digərləri qeydiyyatdan keçmiş ticarət markalarıdır və Caspian Energy International Media Group-a məxsusdurlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
18 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 19 saat əvvəl
-
20 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 20 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























