Belarus şirkəti SSRİ-nin tələbatının 80%-ni təmin edən Azərbaycan müəssisəsini dirildəcək
Belarusun “Polotsk Şüşə Mahlıc” zavodunun nümayəndələri Mingəçevirə işgüzar səfər ediblər.
"Marja" xəbər verir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov nümayəndə heyətinin üzvləri ilə görüşüb. Niyazi Bayramov son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələr haqqında ətraflı məlumat verib.
Azərbaycanda bir çox sahələrlə yanaşı, regionların inkişafına da xüsusi diqqət ayrıldığını qeyd edən icra hakimiyyətinin başçısı bu istiqamətdə Mingəçevir şəhərində həyata keçirilən yenidənqurma işlərindən və aparılan islahatlardan da danışıb. Görüşdə məlumat verilib ki, səfərin əsas məqsədi qardaşlaşmış şəhərlər olan Mingəçevirlə Polotsk arasında əlaqələri daha da inkişaf etdirməkdir. Bu baxımdan qonaqlar Mingəçevirdəki “Şüşə Lifi” ASC-nin zavodu ilə yaxından maraqlanıblar. Görüşdə bu barədə bir sıra məsələlərə aydınlıq gətirilib.
Polotsk şüşə zavodunun baş direktorunun müavini, baş mühəndisi Roman Bliznev deyib ki, rəhbərlik etdiyi zavod 1958-ci ildə inşa edilib. Zavod kabel, elektroizolyasiya və tikinti sənayeləri üçün məhsullar istehsal edir, müəssisənin 1200 dərəcə istiliyə dözümlü məhsulları atom energetikasında, avtomobil və raket istehsalında istifadə olunur. Dörd min işçisi olan zavodun illik istehsalı 56 min ton şüşə məhsuludur. “İnanıram ki, Mingəçevir və Polotsk şüşə lifi zavodları arasında əməkdaşlıq əlaqələri yaranacaq. Ümid edirəm ki, bizim Mingəçevirlə birgə atdığımız ilk addım hər iki ölkənin müəyyən sahələrdə əməkdaşlığının inkişafında mühüm rol oynayacaq və yeni iş yerlərinin açılmasına təkan verəcək”, - deyə o qeyd edib.
Səfər çərçivəsində qonaqlar Mingəçevir şüşə zavodu ilə yaxından tanış olublar. Mingəçevir şəhərinin rəhbəri Niyazi Bayramov tanışlıq zamanı vaxtilə 1000 nəfərin çalışdığı və 10 ildən çoxdur ki, tamamilə fəaliyyətsiz qalan “Mingəçevir Şüşə lifi” ASC-nin istehsal imkanları, eyni zamanda Azərbaycana investisiya yatıran şirkətlərə edilən güzəştlər barədə məlumat verib. “Əgər niyyətimiz baş tutarsa, biz dövlət səviyyəsində sizinlə əməkdaşlıq etməyi düşünürük. Bu o deməkdir ki, siz 7 il ərzində bütün vergilərdən azad olunacaqsınız. Mingəçevirdə istehsal olunan məhsulların daşınma xərcləri də ucuz başa gəlir. Məsələn, Gürcüstanda bizim bazarımız var. Buradan Tbilisiyə cəmi 300 kilometrdir”, - deyə N.Bayramov bildirib.
Mingəçevir Şüşə Lifi zavodu1965-ci ildə keçmiş SSRİ-ni şüşə lifi lenti ilə təchiz etmək məqsədi ilə yaradılmışdır. Fəaliyyətinin ilk illərində SSRİ-nin şüşə lifli lentlərə olan tələbatının 80%-ni təmin edirdi. Azərbaycan Respublikasında həyata keçirilən özəlləşdirmə proqramına uyğun olaraq, 2001-ci ildə zavodun bazasında “Mingəçevir Şüşə Lifi” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Müəssisə sənaye və tikinti sahələrində istifadə edilən şüşə lifi, elektroizolyasiya, istilik izolyasiyası, şüşə parça, şüşə lentlər istehsal edirdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)


