Ödənişləri mobil tətbiqlə et, 10% kəşbək qazan!
(®️) Azərbaycan Beynəlxalq Bankı IBA Mobile tətbiqinin istifadəçiləri üçün sərfəli bir kampaniyaya start verib. Kampaniya dövründə IBA Mobile tətbiqi üzərindən ilk dəfə ödəniş edərək və məhz kommunal, stasionar telefon, TV və ya internet ödənişlərini həyata keçirən müştərilər bu ilk ödəniş üzrə bir dəfə 10% məbləğində kəşbək qazanacaqlar.
Bu imkandan kampaniyanın elan edildiyi gündən etibarən 45 gün ərzində faydalanmaq mümkündür.
Kampaniyadan IBA Mobile tətbiqində qeydiyyatdan keçmiş hər kəs, o cümlədən Bankın müştərisi olmadan istifadə edən şəxslər də yararlana bilər. Kəşbəklər hər istifadəçiyə maksimum 10 manatı keçməməklə verilir. Kəşbək məbləğləri kampaniya bitdikdən sonra 3 (üç) iş günü ərzində müştərinin kart hesabına köçürüləcək. Kampaniya barədə daha ətraflı məlumatı buradan əldə etmək olar.
Azərbaycan Beynəlxalq Bankının IBA Mobile tətbiqi gündəlik bank əməliyyatlarını sadə və sürətli şəkildə aparmağa imkan verən rəqəmsal bank xidmətidir. Bu tətbiqdən istifadə edərək bir çox bank əməliyyatlarını cəmi bir toxunuşla aparmaq mümkündür. Tətbiqi buradan mobil telefonunuza yükləyib bir çox üstünlüklərindən yararlana bilərsiniz.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı xidmət imkanları ilə bağlı məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
14 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
-
31 d. əvvəl
Subway Azərbaycana gəldi: ilk restoranlar istifadəyə verildi, yeni planlar açıqlandı
- 48 d. əvvəl
-
54 d. əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim






























