Batumidə mineral gübrələr üçün yeni terminal açıldı - AZƏRBAYCAN ƏRAZİSİNDƏN...
Batumidə multimodal yük terminalı rəsmi olaraq açılıb. Marja xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Terminal mineral gübrələr üzrə ixtisaslaşmışdır. Terminalın gücü ildə 1,5 milyon tona qədər yük təşkil edir. Birinci mərhələdə burada 100 nəfər işlə təmin edilib.
Layihənin dəyəri 25 milyon dollardır. Tərəfdaşlar İngiltərənin lojistika şirkəti "Wondernet Express" və Amerikanın kimyanəhəngi "Trommo"dur. Layihə Amerika, Özbəkistan və Gürcüstan investisiyaları sayəsində həyata keçirilib.
Məlumata görə, terminalın açılması ,Gürcüstanın, Avropa və Asiya bazarlarını birləşdirməsində mühüm rol oynayan "güclü regional lojistik mərkəz" olduğuna dair daha bir sübutdur. Orta Asiyadan Azərbaycan ərazisindən keçməklə daşınan yüklər Batumi limanı vasitəsilə ABŞ, Avropa, Afrika, Avstraliyaya dünyanın hər yerinə paylanacaq.
Bütün dünyada kənd təsərrüfatı məhsulları və qida məhsulları istehsalının artmasına paralel olaraq mineral gübrələrə tələb artıb.
Müştərilərin xəbərləri
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avtomobillərin KASKO sığortasında haqlar 1,9%, ödənişlər 27,7 faiz artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Qırğızıstan-Azərbaycan birgə fondunun kapitalı 100 milyon dollara yüksəldiləcək"
-
2 saat əvvəl
"Bir" ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“Toxumçuluq haqqında” qanun dəyişir - Reyestr yaradılacaq
Ən çox oxunanlar
Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon
Müştərilərin hesab balansları bərpa edildi - ABB-DƏN YENİ AÇIQLAMA
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
"Yapı Kredi Bank Azərbaycan" mobil tətbiqini yeniləyib
























