Pandemiya qlobal miqyasda aviaşirkətlərə 371 milyard dollar ziyan vurub - DETALLAR
2020-ci ildə əvvəlki ilə nisbətən 60%, yaxud 2,7 milyard daha az sərnişin daşınıb.Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) son hesabatı pandemiyanın ən çox mənfi təsir etdiyi sahələrdən biri olan hava nəqliyyatı ilə sərnişindaşımada zərərin nə qədər iri həcmdə olduğunu əyani şəkildə göstərir.
Marja yenicə açıqlanan hesabata əsasən xəbər verir ki, 2019-cu illə müqayisədə 2020-ci ildə aviaşirkətlə hər uçuşda yerlərin cəmi 50%-ni satışa çıxarıb. Sərnişindaşımanın həcmi 60%, yaxud 2,7 milyard nəfər azalıb. Karantin məhdudiyyətləri və hava limanlarının boş dayanması səbəbindən qlobal aviasiya sənayesinə təxminən 371 milyard dollar ziyan dəyib.
Beynəlxalq sərnişin daşınmalarında təklif olunan yerlər 66%, səyahət edən sərnişinlərin sayı 1,37 milyard nəfər, yaxud 74% azalıb. Bu sektorun zərəri 250 milyard dollar təşkil edir. Daxili sərnişindaşımalarda isə azalma 50%, yaxud 1,32 milyard nəfər təşkil edib, şirkətlərin daxili aviareyslərdən zərəri 120 milyard dollara yaxın olub.
Beynəlxalq qurum 2021-ci il üzrə proqnozlarını da açıqlayıb. Bu il təklif olunan sərnişin yerlərinin 2019-cu illə müqayisədə 33-39% daha az olacağı, sərnişin sayında azalmanın 1,8-2,1 milyard nəfər təşkil edəcəyi (azalma - 41-49%), qlobal aviasiya sənayesinin 2021-ci ili də zərərlə başa vuracağı gözlənilir. Bu ilki zərər 275-323 milyard dollar arasında dəyişəcək.
Ötən il sərnişin dövriyyəsi və gəlirləri iri həcmdə azalan aviasiya sənayesində Asiya-Sakit okean regionu ciddi itkilərə məruz qalan regionlar sırasında öndə gəlir. Ən son dünən Sinqapurun milli aviaşirkəti, gəlirlərinin həcminə görə qlobal siyahıda 15-ci, beynəlxalq sərnişin daşımalarına görə isə 10-cu sırada qərarlaşan Singapore Airlines cari ilin martında bitən maliyyə ilində 4,27 milyard Sinqapur dolları (3,2 milyard dollar) zərər etdiyini açıqlayıb. Bu, şirkətin tarixində indiyə qədər yaşanan ən böyük maliyyə itkisidir. İllik gəlir 76% azalaraq, 3,82 milyard Sinqapur dolları (2,86 milyard dollar) təşkil edib. Əsas istiqamətlərdən biri olan Honkonqla uçuşların mayın 26-dan bərpa olunmasına və qarşıdan gələn turizm mövsümünə baxmayaraq, Singapore Airlines sərnişin sıxlığının iyun ayında pandemiyadan əvvəlki göstəricinin cəmi 28%-nə çatacağını proqnozlaşdırır.
Avstraliyanın ən iri aviaşirkəti Qantas Airways isə bugünkü açıqlamasında iyunda bitəcək 2021-ci maliyyə ilində 2 milyard Avstraliya dolları (1,5 milyard dollar) zərər gözlədiyini bildirib. Şirkət məcburi işçi ixtisarlarını hələ də davam etdirəcəyini qeyd edib və Avstraliya hökumətinə müraciət edərək, ölkədəki karantin vəziyyətinin qənaətbəxş olmasına görə sərhədlərin ilin sonuna kimi mütləq açılmasını xahiş edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 8 saat əvvəl
-
9 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
9 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
10 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
10 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
10 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 10 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı






















