Netflix-ə yeni amansız rəqib gəlir
Warner Media və Discovery 150 milyard dollarlıq yeni şirkət yaradır.Dünyanın ən iri telekommunikasiya şirkəti, Amerika qitəsinin lider tlefon provayderi və ötən ilin nəticələrinə görə 181 milyard dollarlıq gəlirlə ABŞ-ın Fortune500 indeksində doqquzuncu ən varlı korporasiya olan AT&T (orijinal adı: Amerika Telefon və Teleqraf şirkəti) əsas rəqiblərdən olan Discovery ilə nəhəng əməkdaşlığa imza atır.
Marja Bloomberg və Financial Times kimi nüfuzlu mətbu orqanlarına istinadla xəbər verir ki, dünən - bazar günü şirkətin Direktorlar Şurası bununla əlaqədar toplanıb. Məqsəd AT&T-nin sahibi olduğu, Warner Brothers production şirkəti, CNN və HBO kimi kabel və peyk televiziyası kanallarını özündə birləşdirən Warner Media bölməsini Discovery Channel, Animal Planet, Science Channel kimi məşhur telekanalların sahibi Discovery Inc.-lə birləşdirmək və yeni, daha böyük yayım xidməti qurmaqdır.
Bazar dəyəri 230 milyard dollardan çox olan AT&T-nin bir hissəsinin 24 milyard dollarlıq kapitallaşmaya malik Discovery ilə birləşməsi nəticəsində təxminən 150 milyard dollarlıq nəhəng yayım şirkəti yaradılacaqdır. Sövdələşmə rəsmiləşdiyi təqdirdə bu, 2018-ci ildə Time Warner şirkətini 85 milyard dollara alan AT&T-nin tarixində ən böyük investisiya olacaqdır.
Uzun illər Netflix-in rəqəmsal əyləncə xidmətləri və yayım sektorundakı liderliyindən sonra, bir sıra böyük media və texnologiya şirkətləri də bazarda öz yerlərini tutmaq uğrunda mübarizəyə başlayıb. Son il yarım ərzində Disney, Apple, Warner Media, Amazon, Comcast, Discovery və başqa şirkətlər Netflix-in yayım sisteminə bənzər xidmətlər yaradaq, daha çox müştəri əldə etmək üçün amansız rəqabət aparır. Hələ 2019-cu ildə AT&T-nin baş direktoru Con Stankey və Discovery-nin şefi David Zaslav öz proqram kontentlərini vahid yayım xidmətində birləşdirib, müştərilərə ayda 8 dollarlıq paket təklif etmək barədə müzakirə aparıblar. Lakin Disney özünün Disney Plus kanalında ayda cəmi 7 dollara geniş xidmətlər təklif etdikdən sonra bu müzakirə nəticəsiz qalıb.
Hazırda Discovery-nin əyləncə yayım xidmətinin 15 milyon, HBO Max-ın 9,7 milyon abunəçisi var. Lakin bu rəqəmlər aylıq 104 milyon abunəçi sayına malik Disney Plus və 208 milyonluq nəhəng abunəçi kütləsi olan Netflix-lə müqayisədə çox kiçikdir. AT&T-nin Discovery ilə birləşməsində əsas məqsəd məhz bu fərqi aradan qaldırmaq və ABŞ, eləcə də regional bazarlarda ciddi pay qazanmaqdır.
Müştərilərin xəbərləri
AmCham Azərbaycan 2026–2028-ci illər üzrə İdarə Heyətinin Birinci Vitse-Prezidenti və Vitse-Prezidentini seçib
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 5 d. əvvəl
- 45 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Dövlət şirkətinin ixracı 31% artaraq 108 milyon dollara yaxınlaşıb
-
1 saat əvvəl
Dövlətə məxsus əsas ixracatçılar arasında birinci yeri tutan şirkət
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Silk Way” ixracında böyük sıçrayış: 21 min dollardan 28,5 milyon dollara
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rəsmi məzənnələr açıqlandı
“Azəralüminium”un ixracı 50% artıb
Dövlətə məxsus əsas ixracatçılar arasında birinci yeri tutan şirkət
Ötən ilin əvvəlində ixracları sıfır səviyyədə olan 2 şirkət bu il milyonlarla dollarlıq ixrac ilə ilk onluğa daxil olublar
Ən çox oxunanlar
Bu şirkətin ixracı 21 milyon dolları keçib
Aqrar şirkətin ixracı 28% artıb
“AGRARCO” ixracını 3 dəfədən çox artırıb
“Baku Steel Company”nin ixracı 60% artıb
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfədən çox artıb






















