AZAL yeni mobil əlavə tətbiq edəcək - PREZİDENTİN KÖMƏKÇİSİ VƏ AZAL PREZİDENTİ DANIŞIQ APARDILAR
IATA və AZAL arasında IATA Travel Pass mobil əlavəsinin Azərbaycanda tətbiq edilməsinin mümkünlüyü müzakirə edilmişdirAzərbaycanın milli aviadaşıyıcısı (AZAL) ölkə hökuməti ilə birlikdə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) hazırladığı universal IATA Travel Pass platformasının sınaqdan keçirilməsinin mümkünlüyünü nəzərdən keçirir.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən MArja-ya verilən məlumata görə, IATA Travel Pass sərnişinlərin məlumatlarının yoxlanılması, səyahətə olan tələblərə dair milli qaydaların müəyyən edilməsi üçün mobil əlavəsidir. Mobil əlavə hökumətlər, aviaşirkətlər, laboratoriyalar və səyahətçilərin özləri arasında əməkdaşlıq yolu ilə testləşdirmə və peyvəndləmə barədə zəruri informasiya axınını yoxlamağa və nəzarət etməyə imkan yaradacaq.
Qeyd edilən məsələyə həsr edilmiş və videokonfrans formatında keçirilmiş müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov, Azərbaycanın milli aviadaşıyıcısının (AZAL) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) rəhbərliyi iştirak etmişlər.
Görüş zamanı qeyd olunmuşdur ki, mobil əlavənin tətbiqi sərhədlərin təhlükəsiz açılmasına və hava nəqliyyatı ilə sərnişin axınının COVID-19 pandemiyasından əvvəlki göstəricilərinin bərpa edilməsinə şərait yaradacaq.
“Biz uzun illərdir ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası ilə uğurla əməkdaşlıq edirik. IATA Travel Pass kimi rəqəmsal həllin tətbiqi yoxlama prosedurlarını sadələşdirir və koronavirus infeksiyasının yayılması risklərini minimuma endirir. Bu mobil əlavəni tətbiq edəcək ilk aviaşirkətlər sırasında olduğumuza görə IATA-ya təşəkkürümüzü bildiririk” – deyə “Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov qeyd edib.
“IATA Travel Pass mobil əlavəsinin sınaq mərhələsində tətbiqi çərçivəsində Azərbaycan hökuməti və milli aviadaşıyıcısı ilə əməkdaşlığımızdan qürur duyuruq. Bu kimi rəqəmsal həllərin sınaqdan keçirilməsi ilə pandemiya dövründə beynəlxalq aviadaşımaların təhlükəsiz şəkildə bərpa olunmasına ümid edirik. Sərhədi keçən zaman belə bir mobil əlavənin istifadə etməsi həm sərnişinlərə, həm də hava yollarına, eyni zamanda ölkə hökumətinə faydalı olmasını nümayiş etdiririk”, - IATA-nın hava limanları, təhlükəsizlik, sərnişin və yük daşınması üzrə baş vitse-prezidenti Nik Karin bildirmişdir.
Sözügedən mobil əlavənin necə işləməsi barədə daha ətraflı məlumatı aşağıdakı link üzrə videoçarxda əldə etmək mümkündür: https://youtu.be/F_4mh9MSYuQ
Hazırda “Azərbaycan Hava Yolları” aviaşirkəti tələbatın daha çox olduğu istiqamətlər üzrə xüsusi reyslər yerinə yetirir. Koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə əsasən bütün sərnişinlər qeydiyyat masasında uçuşdan əvvəl 48 saat ərzində aldıqları COVID-19 virusunun mənfi nəticəsi barədə arayış təqdim etməlidirlər.
Müştərilərin xəbərləri
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 5 gün sonra
- 9 d. əvvəl
-
- 14 d. əvvəl
- 21 d. əvvəl
-
47 d. əvvəl
“Şahşərab” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Venesuelada dağıdıcı zəlzələlər baş verib - insan tələfatı və dağıntı ehtimalı yüksəkdir
- 2 saat əvvəl
-
2 saat əvvəl
"SK Hynix" şirkətinin səhmləri irihəcmli listinq müraciətindən sonra 11% bahalaşıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Banklar 5 ayda 557 milyon manat xalis mənfəət əldə ediblər
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
Gümüşün qiyməti 10%-dən çox ucuzlaşıb
Qızıl yanvarda qeydə alınmış rekord səviyyədən 30% ucuzlaşdı - Qızılın qiyməti 7 ayın ən aşağı səviyyəsində
Venesuelada dağıdıcı zəlzələlər baş verib - insan tələfatı və dağıntı ehtimalı yüksəkdir
Ən çox oxunanlar
“Azərbaycan Nəşriyyatı”nın zərəri artıb
Neft qiymətlərində müharibə dövründəki artımı silindi - 60–65 dollaradək ucuzlaşacağı gözlənilir
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
























