Azərbaycanın dövlət şirkəti Maltada törəmə müəssisə təsis edib
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Maltada törəmə müəssisə təsis edib. Bu barədə QSC-dən məlumat verilib.
“Maltada "Azerbaijan Caspian Shipping Limited” adlı yeni törəmə müəssisə yaradılıb. "Azerbaijan Caspian Shipping Limited" 100% QSC-yə məxsus müəssisədir. Törəmə müəssisənin təsis edilməsində məqsəd QSC-nin əməliyyatlarının genişləndirmək və xarici şirkətlərlə qarşılıqlı əməkdaşlığın səmərəli qurulmasını təmin edilməkdir”, - deyə məlumatda deyilir.
Şirkətin nizamnamə kapitalı 1,200 avro təşkil edir.
Xəbər verildiyi kimi, cari ilin fevral ayında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Türkiyədə "Caspdry Gemi İşletmeciliyi AŞ" və "Casptankers Gemi İşletmeciliyi AŞ" adlı yeni törəmə müəssisələr yaradıb. Törəmə müəssisələrin təsis edilməsində məqsəd QSC-yə məxsus quru yük gəmilərinin Qara dəniz hövzəsində daha səmərəli və operativ idarə edilməsi və yük daşımaları bazarında fəaliyyətlərin genişlənməsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
20 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 20 saat əvvəl
-
22 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























