"S&P" "Azərenerji"nin əsas risklərini açıqlayıb
"S&P Global Ratings" ("S&P") beynəlxalq reytinq agentliyi "Azərenerji" ASC-nin əsas risklərini sadalayıb.
Məlumata görə, əsas risklərdən biri manatın məzənnəsinin potensial volatilliyidir. Belə ki, ASC-nin, demək olar, bütün borclarının xarici valyutada, gəlirlərinin isə əsasən manatla olması şirkəti sözügedən mövcud riskə həssas edir. Bundan əlavə, "S&P" "Azərenerji"nin vəsaitlərinin Azərbaycanın zəif bank sistemində saxlamasını şirkətə üçün növbəti təhdid kimi qiymətləndirir.
Qeyd edək ki, agentlik gələcəkdə dövriyyə kapitalının və ya kapital xərclərinin artmasını da mümkün risklər arasında sadalayıb.
Xatırladaq ki, bu ilin yanvar ayında "S&P" davamlı dövlət dəstəyini nəzərə almaqla "Azərenerji" ASC-nin avtonom kredit profilini "b-" səviyyəsində qiymətləndirib. Artıq o zaman agentlik qeyd etmişdi ki, şirkətin borc portfeli əsasən xarici valyutalarda ifadə olunub və şirkətin məzənnə dəyişkənliyi risklərini azaltmaq üçün xarici valyutada əhəmiyyətli pul axını yoxdur.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
APA
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 11 saat sonra
-
-
30 d. əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
4 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
7 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb


























