Hasilat şirkətləri ilə görüş keçirilib
11 may 2017-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunda Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın və Azərbaycanda fəaliyyət göstərən yerli və xarici hasilat şirkətlərinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
HSŞ üzrə Komissiyanın üzvləri - Azərbaycan Respublikası Vergilər nazirinin müavini Sahib Ələkbərov, Azərbaycan Respublikası Energetika nazirinin müavini Natiq Abbasov, Azərbaycan Respublikası Maliyyə nazirinin müavini Emin Hüseynov, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP-nin regional prezidenti Qəri Counz, TPAO və TPO LTD şirkətlərinin Azərbaycandakı nümayəndəliklərinin müdiri Saliha Dündar, Total Abşeron şirkətinin baş meneceri Denis Le Marşal, “ONGC Videsh Limited” şirkətinin ölkə üzrə meneceri Somnat De, “RV Investment Group Services LLC” şirkətinin prezidenti Reza Vəziri, “SGC Upstream” şirkətinin baş direktoru Tural Mənsimov, Petronas şirkətinin ölkə nümayəndəliyinin rəhbəri Talib Hanafi, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “Naftiran Intertrade Co Limited” şirkətinin ölkə nümayəndəliyinin rəhbəri Mehdi Cavadi və digər şirkətlərin nümayəndələri görüşdə iştirak ediblər.
Görüşdə HSŞ üzrə Komissiyanın Katibliyi tərəfindən şirkətləri hasilat sənayesində şəffaflıq sahəsindəki yeni mərhələ barədə məlumatlandırmaq məqsədi ilə təqdimat edilib.
Görüş iştirakçıları tərəfindən hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin HSŞ üzrə hesabatlılıq prosesində iştirakı, HSŞ üzrə Komissiyanın yerli və xarici hasilat şirkətləri ilə əməkdaşlığına dair razılaşma sənədinin layihəsi və digər məsələlər müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
18 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 18 saat əvvəl
-
19 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























