Bank üçün proqramçılar yetişdirən layihə başlayır
Ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank, istedadlı kadrlar üçün karyera imkanlarını genişləndirməyə davam edir.
Belə ki, PAŞA Bank, “Code Academy” ilə birgə əməkdaşlıq çərçivəsində “Peşəkar Yetişdirmə Proqramı” (PYP) adlı layihəyə başlayır.
Bu layihə bank üçün proqramçılar yetişdirən xüsusi tədris kursundan ibarətdir. 2- 3 aylıq intensiv tədris proqramı ərzində iştirakçılar bankda “front-end developer” və ya “back-end developer” vəzifəsi üzrə çalışmaq üçün tələb olunan bilik və təcrübə ilə təmin ediləcək. PYP təhsilini dərəcə ilə başa vuran məzunlar sonda PAŞA Bank tərəfindən işə qəbul olunacaq.
Məlumat üçün bildirək ki, layihəyə qatılmaq istəyən şəxslərdən proqramlaşdırma sahəsi üzrə baza biliklərinə sahib olmaq tələb edilir. Təhsil haqqının 50%-i PAŞA Bank, 25%-i “Code Academy”, geri qalan hissəsi isə iştirakçı tərəfindən qarşılanır.
Ətraflı məlumat almaq və tədrisə qoşulmaq istəyənlər pyp.code.edu.az saytından qeydiyyatdan
keçə və ya +99450 444-26-33 telefon nömrəsi ilə Code Academy ilə əlaqə yarada bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
50 d. əvvəl
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
-
1 saat əvvəl
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
-
1 saat əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
Qızıl və gümüş rekord yenilədi
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Ən çox oxunanlar
Suriyada yeni pul vahidi dövrü başlayır
Rəsmi məzənnələr açıqlandı
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI



















