Dövlət əmlakının onlayn özəlləşdirilməsi başlayır
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir yeniliyin tətbiqinə hazırlaşır.
Bu barədə Komitənin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov məlumat verib.
Onun sözlərinə görə, söhbət “Elektron hərrac” layihəsinin reallaşdırılmasından gedir. Ənənəvi hərraclardan fərqli olaraq elektron hərraclara investorlar dünyanın istənilən nöqtəsindən internet vasitəsilə - onlayn rejimdə qatıla biləcəklər. Bu növ hərraclar ilkin olaraq dövlətə məxsus nəqliyyat vasitələrinin və avadanlıqların özəlləşdirilməsi üçün nəzərdə tutulub. Tədricən daşınmaz əmlak - qeyri-yaşayış sahələri də elektron hərraca çıxarılacaq.
Qeyd edək ki, ƏMDK sabah bu layihənin ictimai təqdimatını keçirəcək. Qurumun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində baş tutacaq təqdimatda elektron hərracın keçirilmə proseduru canlı olaraq nümayiş etdiriləcək, bu yeniliyin məqsəd və faydaları barədə məlumat veriləcək.
© Report
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
27 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
- 6 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 2 gün əvvəl
-
2 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq





















