Azərbaycanda da törəməsi olan iri banka yeni sədr təyin edildi
Azərbaycanda da törəmə bankı olan Türkiyənin Ziraat Bankına (Ziraat Bankası) yeni sədr təyin edilib.
Marja xəbər verir ki, Bankın İdarə Heyətinin sədri vəzifəsinə Alpaslan Çakar təyin edilib.
15 iyul 2011-ci ildən bu yana Ziraat Bankın sədri olan Hüseyin Aydın, 26 Mart tarixində təşkil edilən Bankın yığıncağından sonra vəzifəsini Alpaslan Çakara təhvil verib.
Alpaslan Çakar, Bankın Fərdi bankçılıq Departamentində çalışırdı.
Ziraat Bankının İdarə Heyətinin sədri vəzifəsinə gətirilən Alpaslan Çakar çıxış edərək deyib: “Mən özüm və Ziraat Bank ailəsi adından Bankın memarlarından biri olan cənab Hüseyin Aydına təşəkkür edirəm. O, bankımızın Türkiyənin ən böyük banklardan biri olmasında ən təsirli və əhəmiyyətli şeyləri etdi, böyük dəyişikliklərə imza atdı. Bu vəzifəni bank sektorunun dəyərli ustalarından təhvil aldığıma görə qürur duyuram. Təmsil edəcəyim vəzifənin məsuliyyətini dərk edərək ölkəmizə və Bankımıza xidmət etmək üçün səylə çalışacağam".
Alpaslan Çakar 1995-ci ildə Ankara Universiteti Siyasi Elmlər Fakültəsinin Dövlət İdarəetmə Bölməsini bitirib və karyerasına 1996-cı ildə Ziraat Bankında Müfəttiş köməkçisi olaraq başlayıb.
Qeyd edək ki, "Ziraat Bank Türkiyə" "Ziraat Bank Azərbaycan" ASC-nin səhmdarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
1 saat əvvəl
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
-
1 saat əvvəl
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
-
1 saat əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
Qızıl və gümüş rekord yenilədi
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Ən çox oxunanlar
Suriyada yeni pul vahidi dövrü başlayır
Rəsmi məzənnələr açıqlandı
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI



















