Unibank filialı yeni konseptdə və yeni ünvanda
İndi “İnşaatçılar” metrostansiyası ətrafında və yaxın ərazilərdə yaşayan sakinlər “Unibank”ın daha rahat və geniş filialının xidmətindən istifadə edəcəklər. Yeni ünvanda və yeni konsepsiya əsasında təmir edilən filial həm biznes, həm də pərakəndə müştərilərə xidmət edəcək.
Bankın yaydığı məlumatda bildirilir ki, müştərilərə daha geniş, daha şəraitli bir məkanda xidmət üçün “İnşaatçılar” filialının köçdüyü yeni ünvan əvvəlki ünvandan uzaq deyil. “İnşaatçılar” metrosunun yanında- Şərifzadə küçəsi 174 ünvanında yerləşən filial, elə köhnə filialla üzbəüz yerləşir. Daha geniş gözləmə zalı və çoxsaylı monitorların quraşdırıldığı filial, müştərilərə xidmətin intensivliyini artıracaq. Yenilənmiş filialda müştərilərə bütün bank xidmətləri göstərilir. Fililiala gələn müştərilər hesablaşma-kassa əməliyyatları, əmanət rəsmiləşdirilməsi, kredit müraciəti, plastik kart sifarişi, pul köçürmələri, valyuta mübadiləsi və digər bank xidmətlərindən yüksək keyfiyyətlə istifadə edə biləcəklər. Filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.Yeni konseptə uyğun olaraq, filialın qarşısında 7/24 müştərilərin xidmətində olan ATM və ödəmə terminalı quraşdırılıb. Qapalı kabinədə yerləşdirilən avadanlıqlar müştərilərə isti və soyuq havalarda mədaxil-məxaric əməliyyatlarından çox rahat şəkildə istifadə imkanı yaradır.
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. “Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 39 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























