Azərbaycanda marketlərdə POS kredit verilməsi təklif edilir
Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) POS kredit məhsulunu təqdim etmələri təklif edilir.
Marjanın məlumatına görə, “Pandemiya sonrası perspektivlər: Rəqəmsallaşmağa doğru” mövzusunda 10-cu Azərbaycan Mikromaliyyə Konfransında “FinDynamix”in həmtəsisçisi Söhrab Fərhadov bildirib ki, POS kredit satış nöqtəsində alıcıya malı və ya xidməti almaq üçün bir neçə taksitlə ödənişi həyata keçirmək şərtilə verlən kredit növüdür.
“Məsələn biz gedib “Araz” marketdən 200 manatlıq mal alırıq. Bank olmayan kredit təşkilatı marketə nümayəndəsin təyin edə bilər və o, yerində qərar verib 10 dəqiqəyə krediti rəsmiləşdirə bilər. Bu nağdsız formada baş verəcək. BOKT market qarşısında, müştəri isə BOKT qarşısında öhdəlik götürür. Mütəri mikrokredit təşkilatına taksitlə borcunu qaytarır. Bu xidmətin faydası budur ki, marketin satışını artıracaq, eyni zamanda alıcıya imkan verir ki, daha bahalı və keyfiyyətli mal ala bilsin.
Bu gün kredit kartlarında taksitlər müştərilər (kart sahibləri) üçün faizsizdir, faizi mağaza ödəyir. Ölkəmizdə təxminən 900 min kredit kartı var. Bizdə kredit kart bazarı çox zəif inkişaf edib. Kredit kartı olmayan çox insan var və onlara faizsiz taksit təqdim etmək potensialı böyükdür. Mikromaliyyə təşkilatları (BOKT-lar) bu xidməti göstərmək üçün ən yaxşı mövqedədirlər.
POS kredit mexanizimində mağaza yeni müştərilər cəlb edə bilər, onun üçün kredit riski sıfırdır. Bu gün elektronika məhsullarının satışı ilə məşğul olan şəbəkələr krediti özləri verib risk daşıyırlar. Məncə onların bu işi mikromaliyyə təşkilatlarına autsorsinq (outsourcing) etmələrinin vaxtı çatıb”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
51 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!


























