63 il işlədikdən sonra vəzifəsindən ayrılacaq
“Suzuki Motor Corporation”ın Direktorlar Şurasının sədri Osamu Sudzuki iyun ayında səhmdarların toplantısından sonra 91 yaşında vəzifəsindən ayrılacaq.
Bu barədə Yaponiyanın “Kyodo” agentliyi şirkətin press-relizinə istinadən məlumat verib.
Yaponiyalı biznesmen şirkətdə baş məsləhətçi olaraq fəaliyyətini davam etdirəcək.
Şirkətə isə həmin tarixdən etibarən 2015-ci ildə qrupun prezidenti vəzifəsini icra etmiş Osamu Sudzukinin oğlu Tosihiro rəhbərlik edəcək.
Osamu Sudzuki “Suzuki Motor Corporation”a 1958-ci ildə qoşulub, kiçik rəhbər vəzifələr də daxil olmaqla, müxtəlif səviyyələrdə çalışıb. “Suzuki Motor Corporation”ın qurucusu Miçio Sudzukinin nəvəsi Şoko Sudzuki ilə evləndikdən sonra arvadının soyadını götürüb. Bunun səbəbi Sudzuki ailəsinin kişi varisinin olmaması idi. Bundan əvvəl onun soyadı Matsuda idi.
O, 1963-cü ildə direktor postuna yüksəlib. Dörd il sonra kiçik idarəedici direktor, 1972-ci ildə isə böyük idarəedici direktor olub. 1978-ci ildə şirkətin prezidenti və baş icraçı direktoru (CEO) vəzifəsinə yüksəlib.
2000-ci ildə CEO vəzifəsindən ayrılıb və “Suzuki Motor Corporation”ın direktorlar şurasının sədri olub.
Osamu Sudzukinin rəhbərlik etdiyi 43 ildə “Suzuki” avtomobil istehsalçıları arasında qlobal oyunçuya çevrilib.
Daha əvvəl Osamu Sudzuki şirkətin 2020-ci ildə keçirilmiş 100 illik yubileyinin onun rəhbərlikdən ayrılmaq qərarına gəlməsinə təsir etdiyini açıqlayıb.
“Orta müddətli iş planını irəlilətmək üçün yerimi xələfimə vermək qərarına gəldim”, - o demişdi.
Plana görə, şirkət 2025-ci maliyyə ilində 4,8 trilyon yen (46 milyard ABŞ dolları) həcmində (2019-cu maliyyə ilində bu rəqəm 3,49 trilyon yen olub – red.) satış həyata keçirmək, 2025-ci ildən etibarən isə avtomobillərin elektrikləşdirilməsini əhəmiyyətli dərəcədə genişləndirmək niyyətindədir.
Reprot
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
9 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
10 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























