"Ağdamda binalar üç-dörd, uzağı beşmərtəbəli olmalıdır"
"Ağdamda yaşayış binaları üç-dörd, uzağı beşmərtəbəli olmalıdır".
Marja xəbər verir ki, bunu Əməkdar memar, Azərbaycan Memarlar İttifaqının sədri, professor Elbay Qasımzadə bildirib.
O, "İşğaldan azad edilmiş ərazilərdə şəhərlərin baş planları hazırlanarkən üstünlük əsasən hansı prinsiplərə verilsə daha yaxşı olar?" sualına belə cavab verib:
"Bilirsiniz, o ərazilərdəki şəhərlər arasında ən böyüyü Ağdamdır. Məncə Ağdam gələcəkdə böyük bir iqtisadi rayonun mərkəzi ola bilər. Düşünürəm ki, gələcəkdə Ağdamın əhalisi təxminən yüz minə çata bilər. Ağdam şəhər kimi tikilməlidir. Ağdamda yaşayış binaları üç-dörd, uzağı beşmərtəbəli olmalıdır. Eyni zamanda, orada fərdi evlər olmalıdır. Çünki orada yaşayacaq əhalinin əksəriyyəti fərdi evlərə öyrəşib, həyatları elə keçib. Fikrimcə, oranın əhalisi ilə yanaşı, Azərbaycanın başqa bölgələrindən də Ağdama gedənlər olacaq. Çünki həmin bölgə daha sürətlə inkişaf edəcək. Orada kifayət qədər münbit torpaq sahələri var. Düşünürəm ki, bu yeni şəhərlər qarışıq üslubda tikilməlidir. Bir daha vurğulamaq istərdim: burada həm çoxmənzilli evlər olmalıdır, çoxmərtəbəli yox və eyni zamanda, fərdi evlər olmalıdır ki, insanların həyat tərzinə o qədər də ciddi təsir etməsin.
O ki qaldı, başqa şəhərlərimizə, məsələn, Laçın dağlıq ərazidir. Onun relyefi, landşaftı nəzərə alınmalıdır.
Şuşaya tamam başqa yanaşma olmalıdır. Şuşanın bu gün mərkəzində sovet dövründə tikilmiş beşmərtəbəli evlər var. Bu binalar o dövrdə lazım idi, çünki şəhər kurort kimi inkişaf edirdi və gələn mütəxəssisləri mənzillə təmin etmək lazım gəlirdi. Bu gün o evlərin vaxtı artıq ötüb. Şuşanın qədim 17 məhəlləsi, hər məhəllənin öz bulağı, məscidi olub. Bax, bunları bərpa etmək lazımdır".
"GƏLİN BUNU DÜGÜN BAŞA DÜŞƏK"
Əməkdar memar Prezident İlham Əliyevin Qarabağ üçün irəli sürdüyü “ağıllı şəhər” ideyasınıa da münasibət bildirib:
"Bu, çox gözəl ideyadır, çünki bu gün dünyada belə təcrübə çox da geniş yayılmayıb, yeni başlanan bir istiqamətdir və bunun Azərbaycanda, məhz Qarabağda tətbiq olunması məncə həm mənəvi, həm də siyasi cəhətdən çox yaxşı, düzgün qərardır. Amma gəlin bunu biz düzgün başa düşək. Cənab Prezident bunu deyəndə o ərazilərdəki mühəndislik qurğularının idarə edilməsini nəzərdə tuturdu. Bəzən məndən soruşurlar: hər ev “ağıllı ev” olacaq? “Ağıllı ev” üçün uzun vaxt, insanların şəxsi mədəniyyəti lazımdır. “Ağıllı şəhər” işğaldan azad edilmiş şəhərlərin idarə edilməsinə aiddir və bunlar mütləq həyata keçiriləcək. “Yeni şəhərlərdə həm çoxmənzilli binalar, həm də fərdi evlər olmalıdır”.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
10 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
10 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
10 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
10 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

























