Tikintidə 67 nəfərin əmək müqaviləsi olmadan çalışdığı aşkar edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi çoxmənzilli yaşayış binalarında əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 18 monitorinq həyata keçirb və bu monitorinqlərin 11-də pozuntu halı aşkar edilib.
Monitorinqlər zamanı 776 nəfər işçi yoxlanılıb və bu işçilərdən 67 nəfərin əmək və ya xidməti (mülki) müqavilə olmadan çalışdığı aşkar edilib.
Monitorinq olunmuş işəgötürənlər üzrə qeyri-formal məşğulluq səviyyəsi 8,6% olub. Müqavilə ilə çalışan 709 işçidən 5 nəfərin işəgötürənlə əmək münasibətinin xidməti (mülki) müqavilə əsasında rəsmiləşdirildiyi aşkar edilmişdir. Yoxlanılmış işçilərin 49 hüquqi və fiziki şəxsi təmsil etdiyi müəyyən olunmuşdur.
2020-ci il ərzində işəgötürənlər (Bakı şəhərində 2016-cı ildən sonrakı dövrdə tikintisinə başlanılan tikinti obyektlərinin inşasını həyata keçirən) üzrə 83 577 əmək müqaviləsi imzalanmışdır və bunlardan 27 450 əmək müqaviləsi hazırda qüvvədədir. Hesabat dövründə Monitorinq Mərkəzi tərəfindən keçirilmiş 18 səyyar monitorinqin hər birindən sonra yalnız monitorinq edilmiş işəgötürənlər üzrə 54 669 əmək müqaviləsi imzalanmışdır və bunlardan 17 144 əmək müqaviləsi hazırda qüvvədədir. Dövlət Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri nəticəsində Bakı şəhərinin tikinti sektorunda əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində müsbət dəyişikliklər müşahidə edilməkdədir. Belə ki, monitorinqlər keçirilməyə başlanıldığı dövrdə tikinti obyektlərinin inşası ilə məşğul olan işçilərin təqribi olaraq 33,8%-i əmək müqaviləsi bağlanmadan çalışırdısa, hazırda bu göstərici 13,4%-ə qədər azalmışdır.
Keçirilmiş monitorinqlər zamanı əmək və ya xidməti müqavilə olmadan 10 nəfərdən az şəxsi işə cəlb etmə ilə bağlı 18 işəgötürən üzrə pozuntu halı qeydə alınmış və bu faktlar aktlaşdırılaraq baxılması üçün Dövlət Agentliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Ümumilikdə 12-si hüquqi, 6-sı isə fiziki şəxs olmaqla 18 işəgötürəndən 4 işəgötürən barədə inzibati xəta faktı təsdiq edilmişdir. Bu faktlar üzrə 3 000 manat həcmində inzibati cərimə tətbiq edilmişdir.
Əmək və ya xidməti müqavilə olmadan 10 nəfər və daha çox şəxsi işə cəlb etmə ilə bağlı ümumilikdə 1 işəgötürən üzrə pozuntu halı qeydə alınmış və bu faktlar aktlaşdırılaraq baxılması üçün Dövlət Agentliyi
tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 7 saat əvvəl
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
12 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
12 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
12 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
13 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

























