“Viza tələbinin ləğv olunmasının türkiyəli turistlərin artmasına xeyli təsir edəcəyinə ümid edirik”
“Ümid edirik ki, Türkiyə vətəndaşları üçün Azərbaycana viza tələbinin ləğv olunması türkiyəli turistlərin artmasına xeyli təsir edəcək. Ölkələrimiz arasında turizm münasibətlərinin inkişafında qarşılıqlı turist mübadiləsinin artması bizim üçün önəmlidir”.
Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev fevralın 10-da Azərbaycan-Türkiyə turizm işçi qrupunun 1-ci iclasında çıxış edərkən bildirib.
Fuad Nağıyev normal şərtlər altında Bakıda baş tutmalı olan işçi qrupu görüşünün pandemiya səbəbindən videokonfrans formatında keçirildiyini qeyd edib.
Agentlik sədri bildirib ki, iki qardaş ölkə arasında iqtisadi, siyasi, həmçinin strateji tərəfdaşlıq münasibətlərində turizmin də payı mövcuddur və bu payın getdikcə artması üçün turizm üzrə ikitərəfli əlaqələr inkişaf etdirilməlidir.
2019-cu il ərzində Azərbaycandan Türkiyəyə 1 milyona yaxın, Türkiyədən Azərbaycana 200 mindən çox turistin gəldiyini qeyd edən Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Nadir Alpaslan turizm sahəsində əməkdaşlığın artırılması istiqamətində atılacaq addımlar kimi qarşılıqlı məlumat və təcrübə mübadiləsinin, eləcə də aviauçuşların sayının artırılmasının, qarşılıqlı investisiya qoyuluşlarının stimullaşdırılmasının, birgə layihələrin keçirilməsinin önəmini vurğulayıb.
O, Türkiyənin Azərbaycandakı Səfirliyində Mədəniyyət və Turizm Müşavirliyinin fəaliyyət göstərdiyini bildirib.
“Azərbaycan haqqında türkiyəli turistlər arasında məlumatlılığın artırılması üçün Azərbaycanın da Türkiyədə tanıtım nümayəndəliyinin açılması çox önəmlidir” - deyə nazir müavini qeyd edib.
Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Qasımov görüş zamanı müzakirə edilən məsələləri şərh edərkən bunları qeyd edib:
“Təbii ki, iki qardaş ölkə olaraq biz bütün sahələrdə olduğu kimi turizm sahəsində də birgə işlər həyata keçiririk. Xüsusilə də bu gün yeni investisiyaların və birgə layihələrin icrası ilə bağlı işlər müzakirə olunur. Gələcəkdə Qarabağda həyata keçirilə biləcək layihələrdə Türkiyə təcrübəsindən, eyni zamanda onların illərlə formalaşmış invesitiya imkanlarından yararlanmaq barəsində fikir mübadilələri aparılır. Eyni zamanda təhsil proqramlarının inkişaf etdirilməsi, kadr hazırlığı məsələsi, birgə layihələrin dünya ictimaiyyətinə təqdimat məsələləri müzakirə olunur”.
Videokonfrans formatında baş tutan iclasının gündəliyinə pandemiya dövründə turizm sahəsinin inkişafı istiqamətində Azərbaycan və Türkiyə tərəfindən görülən işlər, turizm sahəsində qarşılıqlı investisiya və birgə layihələrin rolu, təhsil və təlim məsələləri üzrə təcrübə mübadiləsi, turizm və rəqəmsallaşma kimi mövzular daxil edilib.
İclas çərçivəsində 2021-ci ildə Türkiyədə Azərbaycanın turizm nümayəndəliyinin açılması və müvafiq dəstək tədbirlərinin görülməsi imkanları müzakirə edilib.
İclasın gündəliyində, həmçinin iki ölkə arasında bu sahədə təhlükəsizlik, turizmin müxtəlif növləri, turizm və mədəni irs sahəsi üzrə əməkdaşlıq, təcrübə və məlumat mübadiləsinin aparılması, milli turizm məhsullarının qarşılıqlı tanıtımı istiqamətində fəaliyyət imkanlarının araşdırılması, iki ölkənin turizm təşkilatları və assosiasiyaları arasında əməkdaşlıq əlaqələrinin qurulması və əməkdaşlıq mexanizmlərinin rolu, işçi qrupunun 2-ci iclasının yeri və tarixlərinin müəyyənləşdirilməsi məsələləri də yer alıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
KİV: ABŞ və İran arasında anlaşma memorandumu elektron formatda imzalanıb
-
2 saat əvvəl
"Salesforce" süni intellekt şirkəti "Fin"i 3,6 milyard dollara satın alır
-
3 saat əvvəl
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
- 5 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
-
9 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
10 saat əvvəl
Azərbaycan: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
Aqrar sığorta ildırım zərərini də qarşılayır
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
Ən çox oxunanlar
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
İyunun 16-da gözlənilən hava şəraiti
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər
İsveçrə "10 milyonluq ölkə" limitinə "yox" deyib
Mis qiymətləri ABŞ-İran razılaşması fonunda yüksəldi























