AFB Bank Korporativ kreditlər üzrə baş mütəxəssisi vəzifəsinə vakansiya elan edir
AFB Bank Satış Strukturunun Korporativ kreditlər üzrə baş mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Baş mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
-Ali təhsil;
-Ən az 3 (üç) il bank təcrübəsinin olması (korporativ satış strukturlarında);
-Mükəmməl Azərbaycan dili bilikləri (Rus və İngilis dilini bilənlərə üstünlük verilir);
-MS Office proqramlarında işləmək bacarığı;
-Şəffaflıq və Etik qaydalara əməl etmək;
-Ünsiyyət qurmaq və Problem həlletmə bacarığı;
-Strateji və Analitik düşünmə qabiliyyəti;
-Komandada işləmək bacarığı;
-Müştəri bazasını idarəetmə bacarığı;
İŞİN TƏSVİRİ:
-Bankdaxili qayda və prosedurlara uyğun olaraq müştərilərə yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək;
-Bankın kredit məhsullarının satışını təşkil etmək, müştəri cəlbi ilə birbaşa məşğul olmaq və müştərilərlə müvafiq danışıqları aparmaq;
-Korporativ kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasını təmin etmək;
-Fəaliyyəti zamanı imzalanmış iltizama əsasən bank və kommersiya sirrinin qorunmasına əməl etmək və bu məlumatların bilavasitə tabeçiliyində olan əməkdaşlar tərəfindən yayılmamasına nəzarət etmək;
-Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
-Formalaşdırmış kredit portfelinin idarə olunmasında və keyfiyyətinə nəzarət olunmasında birbaşa iştirak etmək;
-Fəaliyyəti ilə bağlı müxtəlif hesabatların hazırlanmasını təmin etmək;
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























