Azərbaycanda nağdsız ödənişlər rekord qırıb
Azərbaycanda ötən il və ötən ilin dekabr ayında POS-terminallar, ATM-lər və elektron ticarət vasitəsilə nağdsız ödənişlərin aylıq həcmi rekord qırıb.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, 2020-ci ildə nağdsız ödənişlərin həcmi elektron ticarət vasitəsilə 3 milyard 670 milyon manat, POS-terminallar vasitəsilə 2 milyard 172 milyon manat, ATM-lər vasitəsilə 269 milyon manat təşkil edib. Bu rəqəmlər indiyədək qeydə alınmış ən yüksək illik nağdsız əməliyyat həcmləridir.
2019-cu ildə nağdsız ödənişlərin həcmi elektron ticarət vasitəsilə 2 milyard 935 milyon manat, POS-terminallar vasitəsilə 1 milyard 333 milyon manat, ATM-lər vasitəsilə 211 milyon manat təşkil etmişdi.
Ötən il nağdsız ödənişlər elektron ticarət vasitəsilə 735 milyon manat, POS-terminallar vasitəsilə 839 milyon manat, ATM-lər vasitəsilə 58 milyon manat artıb.
2020-ci ilin dekabr ayında aylıq əməliyyat həcmləri də rekord qırıb. Dekabrda nağdsız ödənişlərin həcmi elektron ticarət vasitəsilə 399 milyon manat, POS-terminallar vasitəsilə 268 milyon manat, ATM-lər vasitəsilə 39 milyon manat təşkil edib.
Ötən il ölkə daxilində cəmi nağdsız ödənişlərin həcmi 6 milyard 111 milyon manat təşkil edib. 2019-cu ildə bu həcm 4 milyard 479 milyon manat təşkil etmişdi.
Ötən il debet və kredit kartları ilə 28 milyard 951 milyon manatlıq əməliyyat aparılıb. Ölkədaxili əməliyyatların 21 milyard 536 milyon manatı nağd pulun çıxarılması, 6 milyard 111 milyon manatı nağdsız ödənişlər olub.
Ötən il debet və kredit kartları ilə aparılmış əməliyyatların təxminən 1,3 milyard manatını ölkəxarici əməliyyatlar təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz






















