“PAŞA Bank” 2021-2022-ci illərdə kapitallaşma göstəricilərini yaxşılaşdıracaq
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi "PAŞA Bank"ın uzunmüddətli və qısamüddətli kredit reytinqlərini "B+/B" səviyyəsində təsdiq edib. Bu barədə agentliyin məlumatında deyilir.
Reytinqlərin dəyişməsi üzrə proqnoz "Sabit" saxlanılıb.
““PAŞA Bank”ın kapitallaşmasının azalması ilə bağlı əvvəlki proqnozlarımızın əksinə olaraq, hazırda bankın kapitallaşma göstəricilərinin 2021-2022-ci illərdə yaxşılaşa biləcəyini gözləyirik. Bu, bankın 2021-2023-cü illər üzrə strategiyasına uyğun olaraq növbəti iki il ərzində əhəmiyyətli dərəcədə kapital qoyuluşu, illik dividend ödənişlərinin son dörd il ərzində mənfəətin 69%-i səviyyəsində orta göstəricidən təxminən 60%-ə qədər azalması, habelə 2020-ci ildə mənfəət göstəricilərinin gözlədiyimizdən daha yüksək olması hesabına baş verə bilər", - deyə agentlik qeyd edir.
Bankın kapital əmsalı 21,5 milyon manat məbləğində kapital qoyuluşu və aktivlərin orta artımı sayəsində 2019-cu ilin sonunda 5,7%-dən 2020-ci ilin ortalarında 6,2%-ə qədər artıb.
"Bankın yüksək kapitallaşma göstəricilərinə malik olan Türkiyə və Gürcüstandakı törəmə qurumlarının göstəricilərinin əvvəlki kimi konsolidasiya edilmiş maliyyə hesabatlarında nəzərə alınacağı ehtimalına əsaslanaraq 2021-2022-ci illərdə RAC əmsalının 6,1-6,6% təşkil edəcəyini, həmçinin aktivlərin artım templəri, risk dəyəri və xalis mənfəətin həcmi ilə müəyyən ediləcəyini gözləyirik", - deyə məlumatda bildirilir.
Agentliyin analitikləri hesab edirlər ki, COVID-19 pandemiyası və neftin ucuzlaşması ilə əlaqədar mürəkkəb və qeyri-müəyyən əməliyyat şəraitinə baxmayaraq, korporativ kredit bazarında əhəmiyyətli payı bankın kredit qabiliyyətinə əvvəlki kimi müsbət təsir göstərir.
"Bununla yanaşı, bankın göstəriciləri əvvəlki kimi onun əsas səhmdarı olan “PAŞA Holdinq”in biznesinin uğurlu olmasından son dərəcə asılıdır. 2020-ci ilin birinci yarısına dair hesabata əsasən, bankın kreditlərinin təxminən 25%-i və depozitlərin 40%-i əlaqəli tərəflərin payına düşüb. Hesab edirik ki, bazarda böyük paya malik olmasını və Azərbaycanda iri və orta şirkətlərə xidmət göstərilməsində mühüm rolunu nəzərə alaraq “PAŞA Bank” ölkənin bank sistemi üçün böyük əhəmiyyətə malikdir. Buna baxmayaraq, hesab edirik ki, hökumətin böyük əhəmiyyətə malik olan bankları dəstəkləməyə hazır olması qeyri-müəyyən olaraq qalır", - deyə “S&P” mütəxəssisləri vurğulayırlar.
“PAŞA Bank”ın reytinqləri üzrə "Stabil" proqnoz Azərbaycanın bank sektorunun korporativ seqmentində əhəmiyyətli bazar payının, iri həcmli likvidlik ehtiyatlarının, həmçinin müştəri depozitlərinin sabit bazasının yaxın 12 ay ərzində bankın kredit keyfiyyətini dəstəkləyəcəyi ilə bağlı “S&P”nin rəyini əks etdirir.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın aparıcı banklarının üçlüyünə daxildir. Bankın səhmdarları 2 hüquqi – “PAŞA Holdinq” (56,82%) və "Ador" MMC (28,18%) və 1 fiziki şəxs - Arif Paşayevdir (15%). Bank “PAŞA Holdinq”in strukturuna daxildir.
"İnterfaks-Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 8 saat əvvəl
-
-
8 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"






















