Sabah Abşeronda qar yağması gözlənilir
"Bu gün ərzində ölkə ərazisində Aralıq dənizi siklonunun keçməsi nəticəsində respublikanın əksər rayonlarında yağıntılı hava müşahidə edilir”.
Bunu Millli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, saat 12-yə olan məlumata görə, gecə saatlarından yağan qar respublikanın dağlıq və dağətəyi rayonlarında qar örtüyünün yaranmasına səbəb olub: “Ən yüksək qar örtüyü Qax rayonunun dağlıq ərazilərində müşahidə edilib. Burada qar 40 sm-dən artıq olub. Şəki, Gədəbəy, Göygül, Daşkəsən, Oğuz, Şəki, Quba, Altıağac, Ordubad, Qəbələ, Qusarda qar örtüyünün hündürlüyü 2 sm-dən 15 sm-dək müşahidə edilib. Gün ərzində respublikanın əksər rayonlarında yağıntılar davam edəcək və axşama doğru, ayın 20-də, hətta respublikanın Aran rayonlarında yağışın sulu qara və qara keçəcəyi proqnozlaşdırılır”.
U.Tağıyeva qeyd edib ki, Bakıda və Abşeron yarımadasında ayın 20-də yağışın sulu qar və qarla qarışıq yağması gözlənilir: “Havanın temperaturu gecə saatlarında 0 dərəcəyə yaxınlaşacaq. Yanvarın 20-dən 21-nə və 21-dən 22-nə keçən gecə paytaxtda temperaturun 0-mənfi 2 dərəcə olacağı proqnozlaşdırılır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 7 d. əvvəl
- 13 d. əvvəl
- 14 d. əvvəl
- 47 d. əvvəl
- 48 d. əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 14 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI





















