İrandan Azərbaycana gətirilən məhsullar təhlükəli sayıla bilərmi? - RƏSMİ CAVAB
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Respublika Nəzarət Toksikologiya Laboratoriyası İrandan Azərbaycana idxal edilən kənd təsərrüfatı məhsullarının kimyəvi cəhətdən təhlükəli olub-olmadığını açıqlayıb.
Qeyd edək ki, İran Məclisinin Səhiyyə Komissiyasının üzvü Behruz Bonyadi İranın kənd təsərrüfatı məhsullarının 35 faizinin kimyəvi cəhətdən çirkləndiyini açıqlayıb.
B.Bonyadi bildirib ki, İranda pestisidlər və antibiotiklərdən həddən artıq istifadə olunduğuna görə kənd təsərrüfatı məhsullarında mikroblara qarşı dayanıqlılıq yaranıb. Bu isə insan sağlamlığı üçün təhlükə yaradır.
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Respublika Nəzarət Toksikologiya Laboratoriyasının rəhbəri Yaqub İbrahimov isə bildirib ki, Azərbaycandan İrana idxal edilən, eyni zamanda İrandan Azərbaycana ixrac edilən kənd təsərrüfatı məhsullarının hamısında kimyəvi maddələr var. Lakin bu maddələr məhsulun tərkibində müəyyən həddə olur və insan orqanizmi üçün təhlükə yaratmır.
Y.İbrahimov qeyd edib ki, idxal və ixrac edilən bütün kənd təsərrüfatı məhsullarının tərkibi Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən yoxlanılır: "Məhsulun tərkibində kimyəvi maddənin həcmi yol verilən həddən yuxarı olduqda onu ölkəyə buraxmırıq”.
Qeyd edək ki, Azərbaycan İrandan soğan, kartof, pomidor və s. kənd təsərrfatı məhsulları idxal edir.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
5 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur




















.jpg)
