Mərkəzi Bankdan nikbin ssenari - 2021-DƏ YAXŞILAŞACAĞI GÖZLƏNİLİR
"Baza ssenari üzrə proqnozlar növbəti ildə Azərbaycanda xarici və daxili balans göstəricilərinin 2020-ci ilə nəzərən yaxşılaşacağını göstərir".
Marja-nın məlumatına görə, bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
Qeyd edilib ki, 2021-ci ildə pandemiya ilə vəziyyət, neftin dünya bazarında qiymətinin dinamikası, OPEC+ anlaşmasının perspektivləri, ticarət tərəfdaşlarında gedən proseslər, idxalın dinamikası, Azərbaycanın xarici balansına təsir göstərən əsas amillər olacaqdır.
2021-ci ildə Azərbaycan iqtisadiyyatının real sektorunda iqtisadi aktivliyin tədricən bərpa olunacağı proqnozlaşdırılır. Rəsmi proqnozlara görə, 2021-ci ildə real iqtisadi artım tempinin baza ssenarisi üzrə 3.4%, o cümlədən qeyri-neft sektoru üzrə 3.1% olacağı gözlənilir. Xarici tələbin bərpası prosesinin başlanması, eləcə də təxirə salınmış tələb hesabına daxili tələbin bərpası iqtisadi artımın bərpası proqnozunun əsasında dayanır. Makroiqtisadi sabitliyin qorunması 2021-ci ildə iqtisadi artımın öz potensialına yaxınlaşmasına şərait yaradan əsas amillərdən biri olacaqdır. Kontr-tsiklik makroiqtisadi siyasət və işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin başlanması da 2021-ci ildə iqtisadi artımın əsas drayverlərini canlandıracaqdır. Təqdim edilmiş büdcə layihəsinə əsasən, növbəti ildə dövlət büdcəsi xərclərinin 2020-ci ilə nəzərən 3.8%, o cümlədən əsaslı xərclərin 7.9% artırılacağı proqnozlaşdırılır. Növbəti ildə "fiskal fəza”dan kontr-tsiklik olaraq istifadə olunması makroiqtisadi sabitliyin qorunması baxımından da əhəmiyyətlidir. Ortamüddətli dövrə isə yeni iqtisadi reallıqlar nəzərə alınmaqla yeni makrofiskal çərçivəyə keçid diqqətdə saxlanılmalıdır. Bundan başqa, dövlət büdcəsi kəsirinin mümkün qədər azaldılması və onun dayanıqlı qeyri-inflyasyon mənbələrlə maliyyələşdirilməsi fiskal prioritetlərdən olmalıdır.
2021-ci ildə daxili balans üzrə qeyd olunan proqnozların reallaşması makroiqtisadi siyasətin bütün istiqamətlərinin effektiv koordinasiyasından asılı olacaqdır.
Həmçinin oxu
Mərkəzi Bankın 2021-ci il üçün BƏYANATIMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
15 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 15 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























