Kənd təsərrüfatı istehsal kooperativlərinin yaradılma prosedurları sadələşdirilir
Kənd təsərrüfatı istehsal kooperativlərinin yaradılma prosedurlarının sadələşdirilməsi məqsədilə nümunəvi nizamnamə hazırlanıb.
Aqrar sektorun inkişafının effektivliyinin təşkili, torpaqlardan səmərəli istifadə, fermerlərin gəlirlərinin artırılması üçün birgə təsərrüfatçılıq forması kimi kənd təsərrüfatı kooperativlərinin yaradılması başlıca amillərdən biridir. Kooperativlər kiçik kənd təsərrüfatı məhsulları istehsalçılarına əhəmiyyətli dəstək verməklə, onların müxtəlif növ xidmətlərə, resurslara, texnologiyalara, kreditlərə və tədarük mərkəzlərinə çıxış imkanlarını artırırlar.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə kənd təsərrüfatında fermer tərəfdaşlığının formalaşdırılması və kooperasiyanın inkişafı üçün tədbirlər müəyyən olunub.
Strateji Yol Xəritəsinə və “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq vətəndaşların könüllü birləşməsi əsasında indiyə qədər Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə pilot olaraq Sabirabad rayonunda 133 ailənin 850 hektarlıq pay torpaqlarından ibarət “Birlik”, 231 ailənin 730 hektarlıq pay torpaqlarından ibarət “Axısxalılar” və Qax rayonunda 96 ailənin pay torpaqlarından ibarət 350 hektarlıq “Atababa Fındıq” istehsal kooperativləri yaradılıb.
2019-cu ildə isə Samux rayonunun Füzuli kəndində “Bərəkət” Tərəvəz Toxumçuluq Kooperativi, Saatlı rayonunun Sarıcalar kəndində “Bolluq” İstehsal Kooperativi və Quba rayonunun İsnov Qışlaq kəndində “Qızıl Alma” İstehsal-İstehlak Kooperativi, 2020-ci ilin əvvəllərində Ağsu rayonunda “Sünbül” İstehsal Kooperativi, Cəlilabad rayonunun Kazımabad və Qarazəncir kəndlərində, Göytəpə qəsəbəsi və Cəlilabad şəhərində “Cəlilabad İstehsal Kooperativi” yaradılıb.
Kənd təsərrüfatı sahəsində kiçik əmtəə istehsalından rəqabətqabiliyyətli məhsul istehsalına keçmək, innovativ texnologiyaları tətbiq etməklə məhsuldarlığı artırmaq və xarici bazara çıxışı təmin etmək üçün kooperativlərin inkişafı ən optimal yol hesab edilir. Bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tədbirlər davam etdirilir. Müxtəlif təsərrüfat sahələri üzrə Cəlilabad rayonunda çiyələk istehsalı üzrə, Lənkəran rayonunda çəltikçilik və çayçılıq üzrə, Xaçmaz rayonunda gilas istehsalı üzrə, Bərdə və Ağcabədi rayonlarında pambıq istehsalı üzrə, Göyçay rayonunda xurma istehsalı üzrə, Zaqatala rayonunda çay istehsalı üzrə, Astara rayonunda sitrus meyvəçiliyi üzrə, Hacıqabul və Ağdaş rayonlarında taxıl istehsalı üzrə kooperativlərin yaradılması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 49 d. əvvəl
- 57 d. əvvəl
-
4 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
4 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
6 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
7 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
7 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
























