Bu il kredit kartlarının sayı əməkhaqqı kartlarının sayından çox artıb
Azərbaycanda ödəniş kartlarının sayının artması Noyabr ayında da davam edib, lakin oktyabr ayı ilə müqayisədə artım tempi aşağı olub.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, 2020-ci ilin Noyabr ayının sonunda ödəniş kartlarının ümumi sayı 9 milyon 140 min ədəd təşkil edib.
Oktyabr ayının sonu ilə müqayisədə Noyabr ayı ərzində cəmi ödəniş kartlarının sayı 14 min ədəd artıb. Oktyabr ayında cəmi ödəniş kartlarının sayı 159 min ədəd artmışdı.
Noyabrda sosial kartların sayı 1 min ədəd artaraq 3 milyon 425 min ədədə, əməkhaqqı kartlarının sayı 16 min ədəd artaraq 2 milyon 496 min ədədə, kredit kartlarının sayı isə 7 min ədəd artaraq 1 milyon 73 min ədədə çatıb.
Sosial və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı isə 10 min ədəd azalaraq 2 milyon 146 min ədədə düşüb.
2020-ci ilin 11 ayı ərzində cəmi ödəniş kartlarının sayı 1 milyon 874 min ədəd artıb. 2019-cu ilin sonunda cəmi ödəniş kartlarının sayı 7 milyon 266 min ədəd təşkil etmişdi.
2020-ci ilin 11 ayı ərzində sosial kartların sayı 1 milyon 42 min ədəd, əməkhaqqı kartlarının sayı 180 min ədəd, digər debet kartlarının sayı 377 min ədəd, kredit kartlarının sayı isə 276 min ədəd artıb.
2020-ci ildə yeni aqrokartların, birdəfəlik sosial müavinət (190 manat) üçün kartların, bağlanmış bankların əmanətçilərinə kompensasiya alınması üçün kartların verilməsi və iş yerlərinin rəsmiləşdirilməsi kart sayında böyük artıma səbəb olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























