Expressbank-dan həssas əhali qrupuna dəstək - XİDMƏTƏR KOMİSSİYASIZ OLACAQ
Bank yeni “Baza bank xidmətləri paketi”ni təqdim edir. Aşağı gəlirli əhali bir sıra bank xidmətlərindən heç bir komissiya ödəmədən istifadə edə bilər.Dəyərləri sırasında korporativ sosial məsuliyyətə hər zaman xüsusi diqqət ayıran Expressbank, eyni zamanda dövlət layihələrində iştirak edərək həssas əhali qrupuna dəstək göstərməyə davam edir.
Bankın yaydığı məlumatda bildirilir ki, 2020-ci ilin mart ayından başlayaraq və hələdə ölkəmizdə pandemiya şəraitinin davam etməsini nəzərə alaraq, Expressbank işsiz və xüsusi karantin rejimində gəlirini itirən vətəndaşlara dəstək olmaq məqsədi ilə yeni, “Baza bank xidmətləri paketi”ni təqdim edir.
“Baza bank xidmətləri paketi” çərçivəsində aşağı gəlirli əhali qrupuna aid olan vətəndaşlar cari hesabın açılması, SMS və ya elektron poçt üzrə məlumatlandırma sisteminə qoşulması, ay ərzində bankın ölkədaxili ATM şəbəkəsində yaşayış minimumu həcmində nağdlaşdırma əməliyyatının aparılması, cari hesaba bağlı əməliyyatların aparılmasına imkan verən bir ədəd debet ödəniş kartının təqdim edilməsi, ay ərzində cari hesab vasitəsilə yaşayış minimumu həcmində ölkə daxili köçürmə əməliyyatının aparılması kimi bir sıra bank xidmətlərindən heç bir komissiya ödəmədən istifadə edə bilərlər.
Expressbank artıq layihəyə start verib və bu layihə ilkin mərhələdə 15.500 nəfər aşağı gəliri olan vətəndaşı əhatə edəcək. Qeyd etmək istərdik ki, həmin şəxslərə daha əvvəl də dövlət tərəfindən ayrılan 190 manat birdəfəlik müavinətin ödənilməsi üçün bank tərəfindən pulsuz plastik kartlar təqdim edillmişdir.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytından və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























