Azərbaycan Rusiyanın ixrac qadağası ilə bağlı araşdırmalara başladı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyanın Azərbaycandan pomidor və alma ixracına qoyulmuş qadağa ilə bağlı araşdırmalar aparır.
Bunu AQTA-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva bildirilib.
O bildirib ki, araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək.
Xatırladaq ki, Rusiya Azərbaycandan dekabrın 10-dan etibarən pomidor və alma idxalına qadağa qoyacaq. Bu barədə qərarı Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti qəbul edib.
Xidmətin yaydığı məlumatda bildirir ki: "İdxal olunan məhsullarda dəfələrlə zərərli orqanizmlər aşkar etdiklərini və bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat verdiklərini qeyd ediblər. Xüsusilə də 22 oktyabrdan bəri Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti Avrasiya İqtisadi Birliyi üçün zərərli karantin obyektləri kimi qeydə alınan obyektlər aşkarlayıb. Bu baxımdan, fitosanitar rifahı qorumaq, bu zərərvericilərin Rusiya Federasiyası ərazisinə gətirilməsinin və yayılmasının qarşısını almaq üçün Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti 10 dekabr 2020-ci ildən etibarən Azərbaycan istehsalı olan pomidor və almaların Rusiyaya idxalını qadağan etmək məcburiyyətində qalıb”.
Report
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 5 saat sonra
-
-
5 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
10 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 11 saat əvvəl
-
12 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
12 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb

























