Avrora Qrup daha bir yeniliyə imza atıb
Avrora Qrup beynəlxalq standartların tətbiqi ilə bağlı layihələrini davam etdirərərk İSO 22000:2018 Qida Təhlükəsizliyi Menecmenti Sistemi sertifikatını əldə edib. Bundan əvvəl Avrora şirkəti İSO 9001:2015 Keyfiyyətin İdarə edilməsi sistemi üzrə sertifikatı əldə etmişdi.
Avrora Qrup istehsal sahəsinin inkişaf etdirilməsi və yeni istehsal xətlərinin alınması istiqamətində daima araşdırmalar edir, yeni məhsullarını bazara çıxarır. Bu məhsullar Azərbaycan bazarı ilə yanaşı dünya bazarına da ixrac olunur. Ölkəmizin ixrac imkanları genişlənir.
İstehsal olunan məhsulların keyfiyyətinin daima nəzarətdə saxlanılması, dünya tələblərinə cavab verən istehsal sahələrinin formalaşdırılması üçün Şirkətin Qida Təhlükəsizliyini Təmin edən qrupu ( HACCP) yaradılıb. Avrora şirkəti bu il beynəlxalq audit yoxlamasından keçərək İSO 22000:2018 Qida Təhlükəsizliyi Menecmenti Sistemi sertifikatı üzrə nəzarət auditini uğurla tamamlayıb və sertifikatı əldə edib. Şirkət 2019-cu ildə isə İSO 9001:2015 Keyfiyyətin İdarə edilməsi sistemi standartı üzrə nəzarət auditini uğurla tamamlamış və müvafiq sertifikatı əldə etmişdi.
Şirkət eyni zamanda müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyasında ən son müayinə və yoxlama metodlarını tətbiq edir. Bununla paralel Avrora 2021-ci ildə dünya tələblərinə uyğun, İSO 17025 standartlı, akreditə olunmuş laboratoriyanı istismara verməyə hazırlaşır.
Avrora şirkətinin istehsalı olan Doymak, Lafarella, Tanelli, Kreki, Sladyona, Sladok, Naş Maloçnik, Bizon və digər brendlər, eyni zamanda distribüteri olduğu məhsullar barədə ətraflı məlumat almaq, şikayət və təkliflərinizi bildirmək üçün *0100 qaynar xəttinə zəng edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
12 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 13 saat əvvəl
-
14 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























