Depozit portfeli 1 milyard manatdan çox olan 4 bank
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il oktyabrın 1-nə depozit portfeli 1 milyard manatdan çox olub.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (4 milyard 590 milyon 530 min manat), "Kapital Bank" (3 milyard 724 milyon 512 min manat), "PAŞA Bank" (3 milyard 616 milyon 210 min manat) və "Xalq Bank"dır (1 milyard 539 milyon 470 min manat).
Qalan 22 bankdan 16-da depozit portfeli 100 milyon manatdan 1 milyard manata qədər, 4 bankda 10-100 milyon manat arasında, 2 bankda isə 10 milyon manatdan azdır.
11 bankın depozit portfeli azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 11-nin bu il oktyabrın 1-nə depozit portfeli illik müqayisədə az olub.
Bunlar “Azərbaycan Sənaye Bankı”, “AFB Bank”, “Access Bank”, “Unibank”, “Muğan Bank”, “Azər-Türk Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Yapı Kredi Bank Azərbaycan”, “Bank Avrasiya”, “Bank Respublika” və “Express Bank”dır.
Ən çox azalma "Express Bank"da (37,4%), ən az azalma isə "Azərbaycan Sənaye Bankı”nda (1,3%) qeydə alınıb.
Qalan 15 bankın isə depozit portfeli artıb. Ən yüksək dinamika Pakistan Milli Bankının Bakı filialında (4,3 dəfə), ən aşağı dinamika isə "Yelo Bank"da (2,2%) qeydə alınıb.
"Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























