"Bəşəriyyət illər davam edəcək bir acıya hazırlıqlı olsun"
İnternet nəhəngindən "internet" xəbərdarlığı.
Dünyanın ən böyük onlayn alış-veriş saytlarından biri olan "Alibaba"nın qurucusu və icraçı direktoru Jack Ma, Çinin Zhengzhou şəhərində iştirak etdiyi bir sahibkarlıq konfransında çıxış edib.
"Marja" xarici mətbuata istinadən xəbər verir ki, adətən, qabaqgörən və gələcəkdən ümidli çıxışlarına adətkar olduğumuz Ma, bu dəfə tonunu dəyişərək keçmiş dövrdə etdiyi xəbərdarlıqları xatırladıb. Onlayn ticarətin ilk vaxtlarında ənənəvi pərakəndə ticarətin dağıdacağını deyəndə kimsənin eşitmədiyini deyən Ma, pis bir sürprizlə üzləşməmək üçün yeni texnologiyaların mümkün təsirləri haqqında xəbərdarlıqlar edib.
İnternetin gələcəkdə iqtisadiyyatı pozacağını deyən Ma, "Bəşəriyyət illər davam edəcək bir acıya hazırlıqlı olsun" deyib.
Dünyanın təhsil sistemlərini dəyişdirərək avtomatikanın və internet iqtisadiyyatının vuracağı zərbəni yumşaltmaq üçün robotlarla necə işləməyin öyrənilməsi lazım olduğunu söyləyən Ma, belə danışıb:
"Dünya, yaxın 30 il ərzində xoşbəxtlikdən daha çox acı görəcək. Yaşanacaq ictimai münaqişələr hər cür sənaye və həyat təbəqəsinə təsir edəcək".
Yeni texnologiyalara uyğunlaşmayan şirkətlər haqqında sərt fikirlər söyləyən Ma, şirkətlərin yerinə yetirməsi lazım olan iki əhəmiyyətli texnologiyadan bəhs edib: Bulud əsaslı kompüter sistemləri və süni zəka.
Ma, "Rəhbərlər bunu bacarmayacaqlarsa, məsələni onlara izah edəcək gənc insaları işə götürməlidirlər" - deyib. İnternetin iqtisadiyyata təsirindən şikayət etməyin bir kənara qoyulması lazım olduğunu deyən "Alibaba"nın İcraçı direktoru onlayn sistemlərin də milyonlarla iş imkanı yaratdığını xatırladıb.
Həyat müddətinin uzanması və süni zəka texnologiyalarındakı proseslərin iş yerlərini azalda biləcəyi haqqında da xəbərdarlıq edən Ma, "Cihazlar yalnız insanların etmədiyini etməlidir. Ancaq bu şəkildə maşınları insanların rəqibi deyil, iş yoldaşları kimi qəbul edə bilərik" deyib.
Bank sistemini də tənqid edən Ma, cəmiyyətdə daha çox insanın kredit ala bilməsinin lazım olduğunu, müqavimətli bir kredit sisteminin olmamasının hər kəs üçün xərcli olduğunu deyib.
1999-ci ildə yaradılan "Alibaba", bu gün dünyanın ən böyük ikinci iqtisadiyyatının ən böyük onlayn ticarət saytıdır. Bazar dəyəri 200 milyard dolları aşan "Alibaba", son dövrdə film istehsalından maliyyə və bulud texnologiyalarına qədər milyardlarla dollarlıq investisiya yatırıb. Şirkətin, 2017-ci ilin əvvəlindən bu yana səhmlərindəki qiymət artımı 30%-ə çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
5 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)




