Bank Respublika Şuşa şəhərində filial açacaq!
2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri qətiyyətli əks-hücum əməliyyatlarına başlayaraq yeni bir tarix yazdı. Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Ordumuz Vətən müharibəsini böyük zəfərlə bitirdi. Bu Qələbə Ali Baş Komandan Prezident İlham Əliyevin düşünülmüş siyasəti, qətiyyəti və möhkəm iradəsinin eləcə də xalqımızın onun ətrafında dəmir yumruq kimi birləşməsinin nəticəsidir.
Bank Respublika ailəsi, möhtəşəm Qələbəni xalqımıza bəxş etdiyi üçün Ali Baş Komandan İlham Əliyev cənablarına, böyük cəsarət və igidlik göstərən Ordumuzun bütün əsgər və zabit heyətinə eləcə də həmrəy olan xalqımıza öz dərin minnətdarlığını bildirir! Şanlı qələbəmiz bütöv Azərbaycan iqtisadiyyatının daha böyük uğurlarının təməlini qoyacaq. Gözəl Şuşamız, Qarabağımız dirçələcək, bütün Azərbaycanımız daha da güclənəcək, çiçəklənəcək!
Ölkənin aparıcı banklarından biri kimi Bank Respublika da, azad edilən torpaqlarımızda iqtisadi inkişafa öz töhfəsini vermək məqsədilə, Qarabağın incisi olan Şuşa şəhərində yeni filial açmaq haqqında qərar qəbul etmişdir.
“Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov bildirib:
”Hər bir Azərbaycanlı kimi, Bankımızın da bütün əməkdaşları qələbə xəbərini böyük sevinclə qarşılamışdır! Bizə bu qələbəni yaşatdığı üçün Ali Baş Komandana və rəşadətli Azərbaycan Ordusuna Bankımız adından sonsuz təşəkkürlərimizi və dərin minnətdarlığımızı bildirir, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş igid əsgərimizin qarşısında baş əyirik. Qeyd etmək istərdim ki, Bankımız ölkə Prezidenti cənab İlham Əliyevin “Şuşa - səni dirçəldəcəyik” çağırışına qoşularaq Azərbaycanın dilbər güşəsi olan Şuşa şəhərində yeni filialın açılması ilə bağlı qərar qəbul etmişdir. Hər bir Azərbaycanlı kimi biz də ölkəmizin yenidən inkişaf etməsində və çiçəklənməsində öz töhfəmizi verəcəyik".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 8 saat sonra
-
-
7 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 13 saat əvvəl
-
14 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























