Dağlıq Qarabağ münaqişəsindən bəhs edən film "Amazon Prime"a yerləşdirilib
"Amazon Prime" Dağlıq Qarabağ münaqişəsindən bəhs edən, mükafat qazanan yeganə uzunmetrajlı "Sonsuz Dəhliz" sənədli filmini tamaşaçılarına təqdim edib.
Sənədli filmin platformaya daxil edilməsi, bu təsirli hekayənin kinematoqrafiyasına, həmçinin bu gün bölgədə döyüşlərin davam etdiyi vaxtda qlobal tamaşaçı üçün əhəmiyyətinə dəlalət edir. Sənədli filmin bu qədər geniş izləyici auditoriyasına çatmasını təmin etmək bir çoxlarına Dağlıq Qarabağ münaqişəsinin tarixini və insan dəyərlərini daha yaxşı anlamağa imkan verəcək.
Qeyd edək ki, Xocalı soyqırımından bəhs edən "Sonsuz dəhliz" sənədli filmində hadisələr faciə şahidlərinin litvalı jurnalist Riçard Lapaitislə söhbəti ilə təqdim olunur. Filmin çəkilişləri 5 il davam edib. “Sonsuz dəhliz" filmi 2015-ci ildə Tenerife Beynəlxalq Film Festivalında "Ən Yaxşı Sənədli film", rejisdor Aleksandras Brokas isə “Ən Yaxşı Sənədli Film Rejissoru” mükafatlarını, eyni il Accolade Humanitar Mükafatlarında "Ən yaxşı Uğur" mükafatını alıb.
Oskar mükafatlı aktyor Ceremi İronsun rol aldığı filmi "Emmy" mükafatı laureatı Gerald Rafşun istehsal edib.
Filmin prodüseri və rejissoru Aleksandras Brokas, son gərginləşmə və münaqişənin başlaması ilə əlaqədar olaraq filmin bugünkü aktuallığını şərh edib: "Bu müharibə həm döyüş meydanında, həm də informasiya sahəsində aparılır. Saxta xəbərlər medianı bürüdüyü üçün beynəlxalq, təcrübəli və müstəqil jurnalistlərin həm təcavüzkarların, həm də qurbanların perspektivlərini göstərdikləri bizim kimi geniş miqyaslı araşdırma sənədli film hazırlanması aktual hadisələrə dəqiq baxış üçün vacibdir".
"Sonsuz Dəhliz" filmi 2015-ci ildə beynəlxalq debüt edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi "Xocalıya ədalət" məlumatlandırma kampaniyası ilə birlikdə təbliğ edilib. Xatırladaq ki, Avropa Azərbaycan Cəmiyyəti bu məlumatlandırma kampaniyasını geniş dəstəkləyib.
Qeyd edək ki, "Amazon" yalnız ABŞ və Böyük Britaniyada 110 milyondan çox üzvü olan dünyanın ən böyük onlayn pərakəndəçisidir.
Filmin linkləri:
US: https://www.amazon.com/Endless-Corridor-Aleksandras-Brokas/dp/B01H0X6ZVC
UK: https://www.amazon.co.uk/dp/B08MCSTSSM
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 8 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti













.jpg)









.jpg)



