ABŞ-da Prezidenti müəyyən edəcək 4 ştatda son vəziyyət
ABŞ Prezidenti seçkilərində mövcud nəticələr Demokratlar Partiyasının namizədi Joe Biden-in üstünlüyünə işarə edir. Seçkinin qalibini müəyyən etmək üçün gözlər 4 kritik ştatdadır.
Marja xəbər verir ki, 270 seçici nümayəndəsinə çatmaq üçün keçirilən seçki yarışında Demokratların namizədi Biden 264 nümayəndəyə çataraq böyük üstünlük təmin edib. Hazırkı Prezident, Respublikaçılar Partiyasının namizədi Donald Trump isə 214 nümayəndə qazanıb.
ABŞ ictimaiyyəti, xüsusilə iki ad arasında yarışın yaxın keçdiyi Corciya (Georgia), Pensilvaniya (Pennyslvania), Cənubi Karolina (Carolina) və Nevadadan çıxacaq nəticələrə fokuslanmış vəziyyətdədir.
Səslərin 99%-nin sayıldığı Corciyada Donald Trump-ın yığdığı səs nisbəti 49,4% ikən, Biden-in səs nisbəti 49,3%-dir. Ştatda 16 seçici nümayəndəsi var.
Səslərin 94%-nin sayıldığı Pensilvaniyada Trump səslərin 49,7%-ni, Biden isə 49%-nə sahibdir. Ştatın 20 seçici nümayəndəsi var. Səslərin sayılmasının davam etdiyi ştatlar arasında ən yüksək seçici nümayəndəsi sayı bu ştatdadır.
Səslərin 95%-nin sayıldığı Cənubi Karolinada da Trump-ın 50% ilə üstünlüyü var, Biden isə səslərin 48,6%-ni yığıb. Bu ştatın seçici nümayəndəsi sayı isə 15-dir.
Nevadada isə Trump 48,5%-də, Biden 49,4%-dədir. Ştatın nümayəndə sayı 6-dır. Biden, Nevadanı da qazanması vəziyyətində Preziden seçilə bilmək üçün lazım olan 270 nümayəndəyə çatmış olacaq.
Marja.az Telegramda: https://t.me/marjaaz
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 8 d. əvvəl
-
18 d. əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
-
- 40 d. əvvəl
- 49 d. əvvəl
-
54 d. əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
59 d. əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR


























