Bağlanmış son 4 bank üzrə kompensasiyaların ödənilməsi başa çatmaq üzrədir
Bağlanmış son 4 bank üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun yaydığı məlumatda bildirilir ki, tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq.
Qorunan əmanətlər üzrə iyunun 16-dan agent bank kimi seçilmiş "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın cəmi 8432 əmanətçilərinə 201 milyon manatdan çox (ümumi kompensasiya öhdəliyinin 74,4 %-i), iyunun 1-dən bu günə kimi isə agent bank olan "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın toplam 15212 əmanətçilərinə 358 milyon manatdan çox (ümumi kompensasiya öhdəliyinin 88,5 %-i) kompensasiya ödənişi həyata keçirilib.
"Mart ayından ölkəmizdə pandemiyanın və hətta sərt karantin rejiminin hökm sürdüyü bir zamanda Fond və kompensasiyaların ödənilməsi prosesində iştirak edən agent bankların iş prinsiplərini nəzərə alsaq, Fondun yarandığı tarixdən və fəaliyyətdə olduğu müddət ərzində ilk dəfə qısa müddət ərzində ümumillikdə əmanətçilərin toplam 560 milyon manat kompensasiyalarının ödənişinin tam təmin olunması həyata keçirilmişdir",- məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 8 saat sonra
-
-
7 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 13 saat əvvəl
-
14 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























