Trump ilk gömrük vergisini bu ölkəyə tətbiq etdi, hamı çaşıb qaldı
ABŞ Prezidenti Donald Trump, Kanadadan idxal edilən bəzi taxta məhsullarına orta hesabla 20 faiz gömrük vergisi tətbiq edib. Trump rəhbərliyinin ilk gömrük vergisi üçün Meksika və ya Çin yerinə Kanadanı hədəf alması təəccüb yaradıb.
"Marja" xəbər verr ki, ABŞ Ticarət Nazirliyi etdiyi açıqlamada, Kanadadan idxal edilən yumşaq taxta məhsullarına 3 ilə 24 faiz arasında dəyişən nisbətlərdə gömrük vergisi tətbiq edildiyini bildirib.
Gömrük vergisi 25 Aprel Çərşənbə axşamından etibarən tətbiq olunmağa başlanıb. Açıqlamada Kanadanın taxta-şalban ixracatçılarının dövlətdən aldığı stimullar ilə haqsız rəqabət yaratdığı qeyd edilib.
Bəyanatda, həmçinin keçən il Kanadadan bütövlükdə 5 milyard 660 milyon dollarlıq yumşaq taxta-şalban məhsulu idxal edildiyi məlumatına yer verilib.
Trump rəhbərliyinin seçki kampaniyası boyu haqsız rəqabət, valyuta manipulyasiya və dempinq ilə ittiham etdiyi Çin və Meksikadan əvvəl Kanadanı hədəf alması sürpriz kimi dəyərləndirilib.
"MƏNZİL TİKİNTİSİNƏ MƏNFİ TƏSİR GÖSTƏRƏCƏK"
ABŞ Milli Mənzil İstehsalçıları Birliyi (NAHB) gömrük vergisi qərarının ardından etdiyi açıqlamada, tətbiqin ölkədəki mənzil qiymətlərini orta hesabla 1236 dollar qaldıracağı və əmlak sektoruna mənfi təsir göstərəcəyi xəbərdarlığını edib.
ABŞ ticarət naziri Wilbur Ross, Ağ Evdəki gündəlik mətbuat brifinqində iştirak edərək jurnalistlərin Kanadadan idxal edilən taxta-şalbana tətbiq edilən gömrük vergisinə dair sualları cavablandırıb.
Qərarın taxta-şalban qiymətlərində "kiçik bir artıma" səbəb ola biləcəyini təsdiq edən Ross, buna qarşı qiymət artımının qətiyyən 20%-ə çatmayacağını qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
2 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur















.jpg)


.jpg)




