4-cü rübdə Ermənistan iqtisadiyyatı 1 milyard dollar azala bilər
İİTKM-in departament rəhbəri Rəşad Hüseynovun şərhi
2020-ci ilin yanvar-avqust ayları ərzində Ermənistan iqtisadiyyatında 6,4 faizlik azalma qeydə alınmışdır. Koronavirus (COVID-19) pandemiyasına qarşı düyada ən uğursuz mübarizə aparan ölkələr siyahısında olan Ermənistanda cari ilin 8 ayı ərzində ixrac və idxalın həcmləri də azalıb və iqtisadi tənəzzül dərinləşib.
Ermənistanın Statistika Komitəsinin məlumatlarına görə, əvvəllər iqtisadi artımın hərəkətverici qüvvəsi olan sənaye, koronavirus böhranı fonunda staqnasiya ilə üzləşib. Bu ölkənin tikinti sektoru cari ilin 8 ayını 19,1%, ticarət - 11,5%, xidmətlər - 10,8% azalma ilə başa vurub. Ermənistan iqtisadiyyatını gözləyən ən böyük fəlakətin qarşıda olduğunu proqnozlaşdıra bilərik. Belə ki, cari ilin sentyabr ayının 27-də atəşkəsi pozaraq Azərbaycana təcavüz edən Ermənistan tərəfi ölkəmizin əks həmləsi ilə üzləşdi. Azərbaycan ordusunun torpaqları azad etmək və düşməni cəzalandırmaq üçün hərəkətə keçməsi Ermənistan üçün ciddi cağırışlara səbəb olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamalarına görə, Ermənistanın itirdiyi hərbi texnika və sursatın dəyəri 2 milyard ABŞ dollarından çoxdur. Amma bu ölkənin itkiləri təkcə hərbi texnika və döyüş sursatı ilə bitmir. Mühribənin davam etməsi Ermənistan iqtisadiyyatının da itkilərini artırır. Verilən məlumata görə, işğalçı dövlətdə səfərbərlik elan edilmiş və vətəndaşların orduya cəlbi prosesi başlamışdır. Hətta ilkin məlumata görə 210 min vətəndaşını[1] səfərbər edərək Azərbaycanın işğal olunan ərazilərinə göndərməyə çalışır. Nəzərə alsaq ki, Ermənistanda 913 min nəfər[2] iqtisadi fəal əhali var, deməli onun 23 faizini işdən ayrılaraq müharibəyə getməsi deməkdir. Yəni səfərbər olunan şəxlər işləmirlər və əlavə dəyər yaratmırlar. Nəticədə 2020-ci ilin 4-cü rübü ərzində Ermənistanda ÜDM-in azalması daha da sürətlənəcəkdir. Proseslərin belə davamı bu ölkənin növbəti ili də ressesiya ilə başa vuracağı ehtimalını artırır. Qeyd edək ki, 2019-cu ildə Ermənistanın ÜDM-i 6569[3] milyard dram və ya təxminən 13,7 milyard ABŞ dolları olmuşdur. Bu ölkənin statistikasının məlumatına görə ÜDM-in 30,4 faizi və ya 1998,7 milyard dramı[4] (4,2 milyard ABŞ dolları) 4-cü rübün payına düşür.
Məhz hazırda davam edən müharibənin təsiri ilə cari ilin 4-cü rübdən Ermənistan ÜDM-nin ciddi azalacığını proqnozlaşdıra bilərik. İlkin hesablamalarımıza görə, Ermənistan 210 min vətəndaşını səfərbər edərək müharibəyə göndərdiyi təqdirə 2020-ci ilin 4-cü rübü ərzində bu ölkədə gündəlik ÜDM-i 10,7 milyon ABŞ dolları və ya rüb ərzində 1 milyard ABŞ dolları dəyərində azala bilər. Onu da qeyd edək ki, mühribə dayandığı təqdirdə də istehsalatdan ayrılaraq, orduya cəlb edilən vətəndaşların yenidən istehsalata qaytarılması xeyli vaxt alacaqdır. Dayandırılan istesalatın bərpası isə yeni problemlərlə üzləşəcəkdir (müştərilərini itirməsi və s.).
Ən yaxşı ssenari üzrə hesablamalarımız isə göstərir, iqtisadi sektorlar üzrə işçi qüvvəsinin itirilməsi və uyğun olaraq da kapitalın azalması fonunda Ermənistan iqtisadiyyatının istehsal gücü zəifləyəcəkdir. Bunun nəticəsi olaraq Ermənistanda gündəlik yaranan ÜDM-in işğalçı müharibə səbəbi ilə 3,4 milyon ABŞ dolları azalacaqdır. Ən pis ssenari üzrə hesbalamalar isə Ermənistanda vəziyyətin daha acınacaqlı olacağını göstərir. Göründüyü kimi iki ssenari (yaxşı və orta) üzrə hesablamalar göstərir ki, bütün hallarda mühaibə Ermənistan iqtisadiyyatının çöküşünə səbəb olacaqdır. Proqnozumuza görə, müharibənin iki həftəsi ərzində ümumilikdə Ermənistanda ÜDM-in 47,6-149,8 milyon ABŞ dolları arasında azalmanın baş verəcəkdir.
Hesablamamızdan aydın olur ki, bu hadisələr fonunda Ermənistanda ixracında da azalması qaçınılmaz olacaqdır. Məlumat üçün bildirək ki, cari ilin 8 ayı ərzində Ermənistanın cəmi 1,57 milyard ABŞ dolları[5] dəyərində ixrac həyata keçirib və ixracı 6 faiz azalıb. Nəzərə alaq ki, Ermənistanın ixracyönümlü mədən sənayesində işlərin dayandırılması ilə bağlı məlumatlar gəlməkdədir. Bu isə ondan xəbər verir ki, işğalçı müharibə eyni zamanda ixracın da azalması prosesinin sürətləndirilməsi ilə müşayət olunacaq və bunun nəticəsində Ermənistanın ticarət balansında kəsir daha da böyüyəcəkdir.
Digər tərəfdən yerli istehsalın azalması məhdud valyuta resursları olan Ermənistanı xüsusən də ərzaq məhsullarının idxalını artırmağa məcbur edəcəkdir.
Əgər Ermənistan işğalçı siyasətindən əl çəkməyərək daha uzun müddətli bir müharibəyə can atarsa, bunun iqtisadi təsirləri bu ölkə üçün daha ağır olacaqdır. Ermənistan 2020-ci illə yanaşı, 2021-ci ildə də ciddi iqtisadi çətinliklərlə üzləşəcəkdir. Nəticədə koronavirus pandemiyasının və müharibənin şiddətlənməsi ilə bu itkiləri daha da arta bilər. Bu isə Ermənistanda əhalinin daha sürətlə yoxsullaşmasına və dövlətin iflasına səbəb olacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
12 d. əvvəl
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
- 21 d. əvvəl
-
-
31 d. əvvəl
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
-
41 d. əvvəl
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
-
42 d. əvvəl
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
-
1 saat əvvəl
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
- 2 saat əvvəl
-
3 saat əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Rəsmi məzənnələr açıqlandı
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
İranın dondurulmuş aktivləri geri qaytarılır
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat





























