Bu bank pullarını xaricə çıxardır
“Azərbaycan Sənaye Bankı” (ASB) 2017-ci ilin 1-ci rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.
“Marja” xəbər verir ki, 2016-cı ilin 1-ci rübündə 2 milyon 673 min manat xalis mənfəət əldə etmiş Bank, 2017-ci ilin 1-ci rübünü 1 milyon 567 min manat xalis mənfəət ilə başa vurub. Beləliklə, rüblük müqayisədə Bankın xalis mənfəəti 41% azalıb.
Sözügedən dövrdə Bankın cəmi gəlirləri 33,7% artaraq 6 milyon 725 min manatdan 8 milyon 997 min manata çıxıb.
2017-ci ilin yanvar Mart dövründə Bankın faiz gəlirləri 6 milyon 648 manat, qeyri-faiz gəlirləri 2 milyon 349 min manat təşkil edib. Ötən ilin anoloji dövründə bankın faiz gəlirləri 4 milyon 785 min manat, qeyri-faiz gəlirləri isə 1 milyon 940 min manat təşkil etmişdi.
Bu ilin ilk rübündə 2 milyon 515 min manat əməliyyat mənfəətinin 575.92 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılıb. Ötən ilin ilk rübündə Bankın 2 milyon 659 min manat əməliyyat mənfəətinin üzərinə ehtiyatlardan azad edilmiş 568.57 min manat əlavə edilmişdi. Əsasən bu səbəbdən ötən ilin birinci rübündə bankın xalis mənfəəti yüksək olmuşdu.
AKTİVLƏRİ 20% ARTIB
31 Mart 2017-ci il tarixinə “Azərbaycan Sənaye Bankı” 949 milyon 375 min manat cəmi aktivlərə, 862 milyon 547 min manat cəmi öhdəliklərə, 86 milyon 827 min manat cəmi kapitala malik olub. Bank ötən ilin sonunda 787 milyon 179 min manat cəmi aktivlərə, 702 milyon 525 min manat cəmi öhdəliklərə, 84 milyon 653 min manat cəmi kapitala malik idi. Bankın aktivlərinin birinci rübdə 20% artması əsasən ASB-nin digər banklardakı depozitlərinin 442 milyon 675 min manatdan 622 milyon 87 min manata qalxmasıdır (40% artım). 31 Mart 2017-ci il tarixinə olan məlumata görə, ASB-nin depozitlərinin 177 milyon 613 min manatı rezident banklarda, 444 milyon 473 min manatı qeyri-rezident banklardadır. Ötən ilin sonunda Bankın depzoitlərinin 182 milyon 382 min manatı Azərbaycanda, 260 milyon 292 min manatı xarici banklarda yerləşdirilmişdi. Beləliklə, ASB yerli banklardakı depozitini azaldıb, xarici banklardakı depozitini isə artırıb.
Ötən ilin sonu ilə müqayisədə Bankda depozitlər 432 milyon 707 min manatdan 595 milyon 900 min manata qalxıb.
“Azərsun” Holdinqə yaxınlığı ilə tanınan “Azərbaycan Sənaye Bankı”nın səhmlərinin 94,2517 %-i “Anadolu İnvestment Kompani” MMC –yə, 5,1735 %-i “Azərbaycan Sənaye Sığorta” ASC –yə və 0,5748 %-i “Azərbaycan Sənaye Lizinq” MMC –yə məxsusdur.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 8 d. əvvəl
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
5 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
5 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
5 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
5 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib


























