“AccessBank”ın əsas üstünlüyü heç bir iş təcrübəsi olmayan gənclərə işləmək şansı verməsindədir”
Müsahibimiz “AccessBank”ın Gəncə və region filiallarının rəhbəri Renat Hümbətovdur.-15 ildən çoxdur ki, “AccessBank”da işləyirsiz. İlk iş gününüzü necə xatırlayırsız? Onda heç bankda bu qədər uzun müddət işləyəcəyinizi düşünürdünüzmü?
15 il deyirsiz, amma mənə elə gəlir ki, “AccessBank”da işə dünən başlamışam. Həmyaşıdlarım bilər, 2005-ci ildə iş tapmağın özü bir hadisə idi və həmin vaxt əsas məqsəd işdə qalmaq idi. Bankda çoxlu sayda imtahan, müsabiqə və seminarlardan keçdikdən sonra təcrübəçi kredit mütəxəssisi qismində işə başladım. Fikirləşirdim ki, əsas çətinliklər artıq arxada qaldı, amma yanılırdım: hələ hər şey qabaqdaydı! Onda elə düşünürdüm ki, bankda əsas meyarlar qalstukun yerində, ayaqqabının təmiz və saç düzümünün qaydasında olmasıdır. (Hələ də belə düşünənlər var) Ancaq elə ilk iş günümdə anladım ki, necə yanılırmışam. Kredit mütəxəssisinin işində məntiq çox sadədir: kredit verməlisən. Əsas sual isə odur ki, kredit üçün müştərini necə tapmalı? İşdə ilk aylarımda bütün günüm müştəri axtarışında keçirdi. Günün sonuna nə saç düzümü, nə ayaqqabı, nə də qalstukun səliqəsindən əsər-əlamət qalırdı. Ancaq necə deyərlər “General olmaq istəməyən əsgər yaxşı əsgər deyil”. “AccessBank”da işləyərək belə bir nəticəyə gəldim ki, əgər karyera qurmaq və uğur qazanmaq istəyirsənsə, ilk növbədə özündə intizam vərdişini inkişaf etdirməli, yorulmadan çalışmalı və potensialını göstərməlisən.
-“AccessBank”ın bəyəndiyiniz cəhətləri hansılardır?
Bankın üstün cəhətləri çoxdur. Mənə görə bunlardan əsas olanları şəffaflıq, karyera artımı imkanları və komanda ruhudur. Amma ən çox bəyəndiyim “AccessBank”ın heç bir iş təcrübəsi olmayan gənclərə işləmək şansı verməsidir. İndi keçmişə baxanda anlayıram ki, o şanslılardan biri də mənəm. Bu gün “AccessBank” ailəsinin bir üzvü olmaqdan çox xoşbəxtəm!
-Bölgə filialı kimi ən yüksək maliyyə göstəricilərinə maliksiz. Sizcə uğurunuzun sirri nədədir?
Bəli, “AccessBank”ın ən böyük kredit portfeli, işçi sayı və filialın həcminə görə Gəncə filialı ilk pillədədir. Filial iki il (2018,2019) ardıcıl olaraq mikrokreditlər və qeyri-kredit məhsuları üzrə bölgədə ən güclü filial seçilib. Uğurun sirrinə gəldikdə isə, məncə ilk növbədə ətrafında güclü komanda formalaşdırmalısan. Çünki komandanın hər bir üzvü qoyulan məqsədə çatmaq üçün səy göstərirsə, uğur qaçılmazdır. Komanda ruhunun yüksək olması mənim üçün çox vacib amildir və təbii ki, komandanı daim motivasiya etmək lazımdır. Əməkdaşlarımızın əldə etdikləri nailiyyətlərə, karyeralarında qazandıqları uğurlara şəxsi uğurum kimi sevinir və onları daim dəstəkləyirəm. İkinci vacib amil öz işini sevmək, üçüncüsü isə Bankımızın üstünlüklərini görməkdir. Son illər əldə etdiyimiz nəticələrə görə deyə bilərəm ki, bu qədər müştərinin bizim xidmətlərdən yararlanması və razı qalması komandamızın yüksək peşəkarlığının göstəricisidir.
- Gəncə filialının rəhbəri və regional menecer kimi işiniz nədən ibarətdir?
Hər bir bank üçün strateji hədəflərinə uyğun regional şəbəkə qurmaq vacibdir. Bölgə filiallarının əsas xüsusiyyətləri ondan ibarətdir ki, ətraf rayonlarda kənd təsərrüfatında işləyənlərlə yanaşı, fərdi biznes ilə məşğul olan müştərilər də var. Coğrafi cəhətdən əlverişli ərazidə yerləşdiyimiz üçün bütün növ kənd təsərrüfatlarına və bizneslərə kredit veririk, öz vəsaitlərimizdən savayı AKİA, SİF, Zəmanət və İpoteka fondu ilə də sıx əməkdaşlıq edirik. Bölgədəki insanların iqtisadi fəallığı da bizə bunları həyata keçirməyə imkan verir. Müsbət tərəflərdən biri də odur ki, doğma şəhərimdə Gəncədə işləyirəm. Cavabdeh olduğum region filialları da (Qazax, Mingəçevir, Bərdə, Şəki, Zaqatala) Bankımız üçün strateji əhəmiyyət daşıyırlar. Regionda işləyən həmkarlar da mənim kimi “AccessBank” məktəbinin məzunlarıdır və biz biri-birimizi 10 ildən artıqdır ki tanıyırıq. Bu baxımdan komfort zonadayam.
-“AccessBank”da həm karyeranızı qurmusuz, həm də şəxsi xoşbəxtliyinizi tapmısız. Xanımınız da “AccessBank”lıdır. Tanışlıq hekayənizi danışardız bizə.
Biz Gəncə filialına eyni vaxtda işə qəbul olmuşuq. Demək olar ki, Gəncə filialının təməlini qoyanlardanıq. Mən kredit mütəxəssisi olaraq işləyirdim, həyat yoldaşım isə kredit sənədlərinin rəsmiləşdirilməsi üzrə mütəxəssis idi. Bəzən iş əsnasında mübahisələrimiz də yaranırdı. Münasibətimizin nə zaman iş çərçivəsindən çıxaraq şəxsi münasibətə keçməsini indi xatırlamıram. Bir də onu hiss etdim ki, həmkarımın mənim barəmdə nə düşündüyü mənim üçün çox vacibdir. Ən maraqlısı da odur ki, Gəncə filialının rəhbəri təyin olunan kimi həyat yoldaşım öz ərizəsi ilə işdən çıxdı. Əslində Bankın qaydalarına görə evli cütlüklər eyni filialda işləyə bilməz.
-Bankçılıq mühitində böyüyən övladlarınızın bu işə marağı necədir? Onlar da sizin yolunuzu davam etdirmək istəyirlər?
Övladlarımın yaşı az olduğuna görə hələ qərar verə bilmirlər. 5 yaşlı qızım hər gün fikirini dəyişir, 8 yaşlı oğlum isə indiki uşaqların əksəriyyəti kimi daha çox yeni nəsil texnologiyalara üstünlük verir. Onsuz da peşə seçimini onların öz öhdəsinə verəcəyik. Biz öz şəxsi təcrübəmizdən bilirik ki, işini sevən adam daha çox uğur qazanır. Əsas odur ki, yaxşı insan və cəmiyyət üçün faydalı vətəndaş olsunlar, yerdə qalanı düzələndir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
-
1 saat əvvəl
Taxıl biçini davam edir, sahələrdən 1 milyon 619 min ton məhsul yığılıb
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
-
3 saat əvvəl
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
-
4 saat əvvəl
Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib
-
5 saat əvvəl
Yeni tekstil müəssisəsi istifadəyə verilib, 100-ə yaxın daimi iş yeri yaradılıb
-
5 saat əvvəl
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
Ən çox oxunanlar
“Sizin Lombard” 50-dən çox filial ilə xidmətinizdə!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır
Azərbaycanda uçot dərəcəsinin 2028-ci ilə qədər dəyişməz qalacağını proqnozlaşdırır
77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir























