“Günay Sığorta” 3 illik strategiya hazırlayır
“Günay Sığorta” şirkətinin Biznesin İnkişafı departamentinin rəhbəri Səidə Fətullazadə ilə müsahibə
- “Günay Sığorta” şirkətini qarşıda nə planlar gözləyir?
- Azərbaycanın ilk özəl sığorta şirkəti olan “Günay Sığorta” olaraq 3 illik (2021-2023 –cü illər) strateji hədəflərə çatmaq üçün biznes planlar və 2021-ci ilin büdcəsi üzərində çalışırıq. Strategiya komitəsi və komandamız tərəfindən strateji planda prioritet istiqamət olaraq HR, İT, CRM, Risklər, rentabellik və institusionallaşma kimi sahələr müəyyən edilib.
- Şirkətin yeni hədəflərində hansı növ sığorta məhsullarına üstünlük veriləcək?
- Ümumi bazarın tendensiyasına uyğun olaraq, şirkətdə icbari növlər üstünlük təşkil edir. Yeni hazırlanan strategiyada könüllü növlərin portfeldə payının artırılması əsas prioritet məsələdir. Bunun üçün yeni könüllü sığorta məhsullarının müştərilərə təqdim edilməsi gözlənilir. Son illər ərzində “Günay Sığorta” fəaliyyət istiqamətini daha da genişləndirərək regionlarda nümayəndəliklərinin sayını 10-a, satış nöqtələrinin sayını 100-ə çatdırmışdır. Yeni strategiyamızda Bakı şəhərində də nümayəndəliklərimizin müştərilərimizin xidmətinə verilməyi planlaşdırılır.
- Kadr dəyişiklikləri haqqında nə deyə bilərsiniz?
- Hal hazırda yeni strateji hədəflərə uyğun olaraq yeni struktur yaradılıb. Yeni struktura yeni komitələr əlavə olunub və İdarə heyətinin sayı 3 nəfərdən 5 nəfərə qaldırılıb. Yeni biznes strategiyasında sığorta mütəxəssislərinin seçim və təlim proseslərinə yatırımlar ediləcək. Şirkətin satış fəaliyyətinin artırılmasından əlavə zərərlərin tənzimlənməsi istiqamətində müştərilərə yüksək xidmət göstərilməsi üçün yeni peşəkar kadrlar cəlb olunub və yeni prosedurlar hazırlanır.
- Hal hazırda şirkətdə İdarə Heyətinin sədri vəzifəsini kim icra edir?
- Şirkətin İdarə Heyətinin sədri vəzifəsini hal hazırda şirkətin Direktorlar şurasının sədrinin müşaviri Sabir Quliyev icra edir. Sabir Quliyev uzun müddət Maliyyə Nazirliyində və Daxili İşlər Nazirliyində rəhbər vəzifələrdə çalışmışdır.
- Şirkətin indiki və gələcək fəaliyyət dövrünü necə qiymətləndirirsiniz?
- Günay Sığorta artıq 28 ildir ki, fəaliyyətdədir və sığorta bazarı bunu göstərir ki, daha çox yığıma malik olmaqdan çox daha effektiv sığorta portfelinə sahib olmaq üçün düzgün strategiya hazırlamaq və düzgün idarəetmə siyasəti yürütmək lazımdır. 2019-cu ilin ilk 8 ayı ilə 2020-ci ilin müqayisəsinə baxsaq şirkətin yığımlarında 1,5 milyona yaxın artım olmasının şahidi olarıq. Şirkət yeni və fərqli sığorta məhsulları, faydalı sosial layihələri ilə seçilir. 3 illik Strateji Plan təsdiq edildikdən sonra şirkətin gələcək fəaliyyət dövrü haqqında da məmnuniyyətlə məlumat bildirməyə hazıram.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 23 d. sonra
-
- 11 d. əvvəl
-
15 d. əvvəl
“AzerGold” və Qvineya məsul nümayəndələrin müəyyən edilməsi barədə razılığa gəlib
- 34 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Hörmüzdən 12 milyon barreldən çox neft keçdi, qiymətlər gerilədi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
-
11 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“Gəncə Aqro 2”nin xalis mənfəəti 34% azalıb
Rəsmi məzənnələr açıqlandı
Hörmüzdən 12 milyon barreldən çox neft keçdi, qiymətlər gerilədi
Yen dollar qarşısında 161 səviyyəsini keçib: 40 ilin minimumuna yaxınlaşan məzənnə müdaxilə gözləntilərini artırıb
Ən çox oxunanlar
ABŞ ordusu elan etdi: İranın dəniz blokadası ləğv edildi
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
Düyü idxalı 21,2% azalıb
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb






















