Qiyməti əlverişli olmasına görə sərfəlidir"
Masallıda 7,6 hektar sahədə kivi yetişdirilir.
Ərkivan qəsəbə sakini Abdulla Abdullayev 2, Öncəqalalı fermer Aşur Mahmudov Hüseynhacılı kəndində 4, Pənah Mehdiyev isə Tüklə ərazisinin Tiyaqani kəndində 1,6 hektar kivi bağı salıblar.
Təsərrüfat sahibləri bildirirlər ki, artıq bir neçə ildir bağlardan yüksək məhsul götürülür. A.Abdullayev müvafiq olaraq hər mövsümdə bağlardan 10-15 ton, A.Mahmudov isə ötən il 35 ton kivi yığdığını bildirib.
Bu mövsümdə də yüksək məhsuldarlığa nail olmaq üçün vaxtaşırı olaraq ağaclara aqrotexniki qulluq göstərilir: vaxtında budanma işləri aparılır, bağ sahələri alaqlardan təmizlənir, torpaq qatı mineral gübrələrlə qidalandırılır, suvarma işləri müasir üsulla aparılır. Nəticədə bağlarda bol məhsul yetişib.
Fermerlərin sözlərinə görə, kivi bir çox xüsusiyyətinə - tinglərin şaxtaya dözümlülüyü, meyvənin gec çürüməsi, qiymətin nisbətən əlverişli olmasına görə sərfəli bitkidir.
Qeyd edək ki, sentyabr ayınının sonundan Masallıda kivi yığımına başlanılacaq.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
6 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
6 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
7 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
8 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
8 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
























