Bundan sonra rüsumsuz alış-veriş üçün ayda cəmi bir dəfə onlayn sifariş verə bilərik
"Bir dəfə gələndə bir corab gətirmisinizsə, gələn dəfə gələndə bir köynək gətirə bilməzsiniz"Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib. Yeni qaydalara görə, fiziki şəxslər tərəfindən ölkəyə rüsumsuz gətirilə bilən malların maksimal məbləği aşağı salınıb. Belə ki, indiyədək vətəndaş şəxsi məqsəd üçün birbaşa özü 1500 dollar məbləğində, elektron ticarətlə - poçt vasitəsilə 1000 dollar məbləğində mal gətirə bilərdi. Yeni dəyişikliyə görə bu rəqəmlər müvafiq olaraq 800 dollar və 300 dollara endirilib. Yəni, vətəndaş artıq intenet üzərindən hansısa xarici mağazadan 300 dollardan baha olan malı alarsa, həmin artıq məbləğ üçün 36 faiz gömrük rüsumu ödəməlidir. Digər narahatlıq doğuran məqam isə bir nəfərin 300 və 800 dollarlıq limitdən ay ərzində cəmi bir dəfə istifadə edə bilməsi ilə bağlıdır.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz açıqlamasında Nazirlər Kabinetinin yeni qərarının elektron ticarəti məhdudlaşdırmağa yönəldiyini bildirib. O qeyd edib ki, qərarı iki cür şərh etmək olar: “Gömrük Komitəsi istəsə bunu belə formada şərh edə bilər, bir ay ərzində 1 dollarlıq mal gətirmisinizsə, həmin ay heç nə gətirə bilməzsiniz. Yəni qalan 299 dollarlıq mal gətirə bilməzsiniz. Hesab edin ki, ay ərzində iki dəfə Gürcüstana konfransa getmisiniz, bir dəfə gələndə bir corab gətirmisinizsə, gələn dəfə gələndə bir köynək gətirə bilməzsiniz. Ona görə də, bu çox biabırçı qərardır. Bu məqam əvvəlki dövrlərdə daha açıq şəkildə yazılmışdı. Bu dəfə elə yazılıb ki, iki cür anlaşılır. Bəlkə də qəsdən belə yazılıb”.
Ekspert əlavə edib ki, ölkədə bu cür qərarın qəbulunda maraqlı adamlar var:
“2015-ci ildə prezident öz fərmanı ilə fiziki şəxslər üçün rüsumsuz gətirilən malların məbləğini 10 min dollar müəyyənləşdirmişdi. Lakin sonradan hansısa maraqlı şəxslər bu fərmanı icra etməyə qoymadılar. Düşünürəm ki, əgər ölkədə yerli istehsal olsaydı, hökumət də yerli istehsalı düşünüb belə bir məhdudiyyət tətbiq edə bilərdi. Amma yerli istehsal, misal üçün telefon, tekstil və s. burada istehsal olunmur. Bunu xaricdən gətirməyə qoymamaq ölkədə istehsalı qorumaq yox, hansısa böyü idxalçını qorumaqdır. Bu qərar yerli istehsalı qorumağa yönəlməyib”, - Osman Gündüz qeyd edib.
Mütəxəssis hesab edir ki, hökumət təcili bu qərarına yenidən baxmalıdır. Ölkədə e-ticarətin inkişafı üçün, idxal sahəsində rəqabətli mühitin formalaşması üçün daha effektiv mexanizmlər tapılmalıdır. Yerli istehsal olmadığı şəraitdə vətəndaşın şəxsi məqsədlər üçün, e-ticarət yolu ilə alış-verişini məhdudlaşdırmaq yolverilməzdir.
Qeyd edək ki, qərar sentyabrın 21-dən qüvvəyə minir.
©️ “Qafqazinfo”
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 saat sonra
-
- 11 d. əvvəl
-
25 d. əvvəl
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
-
9 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
14 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
ABŞ ordusu elan etdi: İranın dəniz blokadası ləğv edildi
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"



























